HASİNA VAZED (Vacit) Şeyx (d.28.9.1947, Şәrqi Benqaliya, Tungipara) – Banqladeş siyasi vә dövlәt xadimi. Avamiliq partiyasının lideri. Hәrbi çevriliş nәticәsindә öldürülmüş (15.8.1975) Banqladeş prezidenti Mucibur Rәhmanın qızıdır. Banqladeşin istiqlaliyyәti uğrunda mübarizәsi dövründә hәbs edilmişdir. Bir müddәt AFRdә, sonra isә İngiltәrәdә vә Hindistanda mühacirәtdә olmuşdur. 1981 ildә Avamiliq partiyasının rәhbәri olmuş, az sonra Banqladeşә qayıtmışdır. Ölkәnin siyasi hәyatında fәal iştirak etmişdir. Banqladeşin baş naziri (1991–2001, 2009 ildәn) olmuşdur. Hindistanla әmәkdaşlığın möhkәmlәndirilmәsinә çalışmış, Qanq çayı sularının iki ölkә arasında bölüşdürülmәsi haqqında sazişin bağlanmasına nail olmuşdur. 2014 ildә parlament seçkilәrindә qәlәbә qazanaraq, daha 5 il müddәtinә hakimiyyәtdә qalmışdır.










