HASSEL Odd (17.5.1897, Oslo – 11.5.1981, orada) – Norveç fiziki kimyaçısı, Nobel mükafatı laureatı (1969; D.Q.Bartonla birlikdә). Norveç EA üzvü (1933). Oslo Un-tini bitirmişdir (1920). Münxen Un-tindә (1922–23), Berlindә Kayzer Vilhelm Fiziki Kimya vә Elektro kimya İn-tunda (1923–24), Oslo Un-tindә (1925–64; 1934 ildәn prof.) işlәmişdir. Əsas tәdqiqatları üzvi birlәşmәlәrin stereo kimyasına hәsr olunmuşdur. Konformasiya analizinin banilәrindәn biridir. H., 1930–50-ci illәrdә ilk dәfә tsikloheksanı rent genoqrafik tәdqiq edәrәk altıüzvlü halqa “kürsü” formasına (konformasiyasına) malik olduğunu göstәrmiş, sonradan tsikloheksan törәmәlәrinin kondenslәşmiş tsikloheksan halqaları olan sistemlәrin, hәmçinin bәzi şәkәrlәrin (mәs., piranozalar) belә konformasiyada mövcud olmasını sübut etmişdir. Elektronoqrafiya üsulunun inkişafına nail olmuş vә mürәkkәb maddә molekullarının tәdqiqindә istifadә etmişdir. Əvәzedicilәrin nomenklaturasını vә onların halqanın müxtәlif vәziyyәtlәrindә işarәlәnmәsini tәklif etmişdir. Yük köçürülmәsi ilә komplekslәrin quruluşunu öyrәnmişdir.











