HASSİUM (lat. Hassium) - Hs, süni radioaktiv kimyәvi element; dövri sistemin qısa formasının (uzun formasının 8-ci qrupundadır) VIII qrupundadır; transaktinoidlәrә aiddir; at.n. 108. Stabil izo topları yoxdur; kütlә әdәdlәri 263-277 olan radioizotopları mәlumdur; onlardan әn davamlısı 269Hs (T1/2 9,5 san., a-şüalandırıcı). 265Hs izotopu 1984 ildә ağır ion ların öyrәnilmәsi üzrә Helm holts mәrkәzindә (Darmştat) 208Pbdәn ibarәt hәdәfin sürәtlәndirilmiş 58Fe ionları ilә şüalandırılmasından alınmışdır; 1997 ildә Beynәlxalq Nәzәri vә Tәtbiqi Kimya İttifaqı (İUPAC) “H.” adını (Almaniyanın, Hessen federal әrazisinin şәrәfinә) tәsdiq etmişdir. Çәki miqdarlarında alınmamışdır. Tәxminәn gümüşü-ağ metaldır, atomunun xarici elektron tәbәqәlәrinin hesablanmış konfi qurasiyası 5f146d67s2, oksidlәşmә dәrәcәsi +2-dәn +8-ә qәdәrdir; kimyәvi xassәlәrinә görә ehtimalki, Osmiumun Os analoqudur.










