HÁSUELL (Haswell) – Antarktikada Deyvis dәnizinin әn iri adası. “Pravda” Sahilindәn 2,5 km-lik mәsafәdә, Mirnı rәsәdxanası yaxınlığındadır. Sah. tәqr. 1 km2, hünd. 93 m-ә dәkdir. 1912 ildә D.Mousonun Avstraliya Antarktika ekspedisiyası tәrәfindәn kәşf edilmişdir. Ekspedisiyaya yardım göstәrmiş bioloq, prof. U.A.Hasuellin şәrәfinә adlandırılmışdır. Ada yaxınlığında imperator pinqvinlәrinin iri kaloniyası yerlәşir; adanın özündә isә Adeli pinqvinlәri vә digәr quşlar yuvalayır; bu sәbәbdәn ada qoruq elan olunmuşdur.

Hasuell adası.










