HAŞIMOV Hacı Sultanәli Haşım oğlu (1851, Bakı, Balaxanı – 1.4.1924, Bakı yaxınlığında Lәiş k.) – neft sahibkarı, xeyriyyәçi. Yeniyetmә yaşlarından neft mәdәnlәrindә işlәmiş, sonradan mәdәn sahibkarı olmuşdur. Bakıda Hacı Sultanәli mәscidi (1904–10), “Axund hamamı” (19 әsr), Balaxanı (1930-cu illәrdә dağıdılmışdır) vә Lәiş (19 әsr) kәndlәrindә, hәmçinin Qubada mәscidlәr, Balaxanıda “Nicat” cәmiyyәtinin mәktәb binası (burada M.Ə. Sabir dәrs demişdir; H. Sabirin müalicәsini öhdәsinә götürmüş, şairin ölümündәn sonra onun ailәsinә himayәdarlıq etmişdir) H.-un vәsaiti hesabına tikilmişdir. H.Z. Tağıyevin yaxın dostu olan H. onunla birlikdә bir neçә xeyriyyә layihәlәrindә [Darülmüәllimin vә Darülmüәllimat (qızlar üçün) mәktәblәrinin inşası, Şollar su kәmәrinin çәkilişi vә s.] iştirak etmişdir..










