Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAŞİMİ RƏFSƏNCANİ 
    HAŞİMİ RƏFSƏNCANİ Əli Əkbәr (25.8.1934, Kerman әyalәti, Rәfsәncan Behreman k. – 8.1.2017, Tehran) – İran dövlәt vә siyasi xadimi. Qum ş.-ndә dini vә dünyәvi tәhsil almışdır. R. Xomeyninin tәlәbәsi vә onun ardıcılı olmuşdur. Rza şah Pәhlәvinin siyasәtinә qarşı fәaliyyәt göstәrdiyi üçün dәfәlәrlә hәbsә (1975–77) mәruz qalmışdır. İslam İnqilab Şurasının üzvü (1979–80), eyni zamanda daxili işlәr naziri idi. Ona qarşı uğursuz sui-qәsddәn (1980) sonra R. Xomeyninin sağ әlinә çevrilmiş, İslam Mәşvәrәt Şurasının üzvü tәyin edilmiş, İran mәclisinin sәdri (1980–89) olmuşdur. R.Reyqan administrasiyası ilә ABŞ sәfirliyindәn götürülәn girovların müasir silahsursata mübadilәsinә dair gizli danışıqlara rәhbәrlik etmişdir. Xomeyninin ölümündәn (1989) sonra Əli Xameneyini prezident postunda әvәzlәmiş, özünü praqmatik siyasәtçi kimi göstәrmişdir: iqtisadi islahatlar keçirmiş (“islah proqramı”, mübadilә kurslarının tәnzimlәnmәsi, maliyyә yardımlarının lәğvi vә s.), İranı Küveyt böhranında (1990–91) iştirakından qorumuşdur. Mühafizәkarlar-tәcridçilәr ilә mәrhәlәli mәhdud modernlәşdirmә tәrәfdarları arasında tarazllığı qorumaq üçün regiondaki qonşu dövlәtlәrlә vә Avropa birliyi ilә әlaqәlәrin genişlәndirilmәsinә çalışmışdır. 1993 ildә yenidәn İranın prezidenti seçilmişdir. Hәmin ilin oktyabrında Bakıya rәsmi dövlәt sәfәrinә gәlmiş, AMEA-nın fәxri üzvü olmuşdur. 1997 ildә keçirilәn seçkilәrdә M.Hatәmiyә, 2005 il seçkilәrindә isә M.Əhmәdinecәdә uduzmuşdur. 2007 ildә Ekspertlәr (Mәşvarәt) Şurasının sәdri vәzifәsini tutmuşdur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU