HAŞİMİLƏR, B ә n u H a ş i m (
) – Qüreyş qәbilәsinin Mәhәmmәd peyğәmbәrin dә mәnsub olduğu qolu. Haşim ibn Əbd Manafın adındandır. Haşimin nәsli oğlu Əbdülmüttәlib vә onun oğulları – Abbas, Haris, Əbu Lәhәb, Əbu Talib vә Abdullah (peyğәmbәrin atası) vasitәsilә, Abdullahın nәsli isә peyğәmbәrin qızı Fatimә vasitәsilә davam etmişdir. Fatimәnin oğulları Hәsәn әl-Müctәbanın nәsli şәriflәr, Hüseyn ibn Əlinin nәsli isә seyidlәr kimi mәşhurlaşmışdır. İslam fәthlәrindәn sonra H. İraq, Misir vә Suriya başda olmaqla geniş әrazilәrә yayılmışdılar. Hәlә islamdan әvvәl H.-lә Əmәvilәr (Bәnu Umәyyә) arasındakı әdavәt Bәdr döyüşündә әmәvi böyüklәrinin öldürülmәsindәn sonra kәskinlәşdi. Peyğәmbәrin dövründә H. hakim mövqeyә malik idi. İlk iki xәlifәnin (Əbu Bәkr vә Ömәr ibn Xәttab) dövründә H. dövlәt idarәçiliyindә yer almasalar da, geniş nüfuza sahib idilәr. Osman ibn Əffanın dövründә xilafәtdә әmәvilәrin nüfuzunun artması H.-in mövqeyini sarsıtdı. Artıq Əli ibn Əbu Talibin dövründә Müaviyәnin timsalında Əmәvilәr H.-ә qarşı açıq mübarizәyә başladılar. Müaviyәnin Hәsәn әl-Müctәbanı tәzyiq altında saxlayaraq hakimiyyәti әlә keçirmәsi (661) vә Yәzid ibn Müaviyәnin Bәdr döyüşünün intiqamını alaraq Hüseyn ibn Əlini öldürmәsi (680) ilә H. siyasi sәhnәdәn tamamilә uzaqlaşdırıldı. Əmәvilәrin hakimiyyәti dövründә H. daim tәqiblәrә mәruz qalırdı. Əbdülmüttәlibin oğlu Abbasın nәslindәn olan Abbasilәrin әmәvilәri devirәrәk hakimiyyәtә gәlmәsilә (750) H.-in nüfuzu bәrpa olundu. Tarix boyu Bәnu Haşim mәnsubları İdrisilәr, Zeydilәr, Fatimilәr, Hәmmudilәr, Sәәdilәr vә Filalilәr kimi bir çox sülalәlәr qurmuşlar. 10 әsrdәn 1924 ilәdәk Mәkkәni idarә etmiş şәriflәr, Hicazda, İraqda vә İordaniyadakı hakim sülalәlәr H.-in davamıdır.










