Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAŞMONİLƏR
    HAŞMONİLƏR, m a k k a b i l ә r – e.ә. 167–37 illәrdә İudeyanı idarә etmiş kahinlәr nәsli. H. e.ә. 167 ildә ölkәdә Selevkilәrin siyasi, vergi vә dini tәzyiqinә qarşı xalq azadlıq üsyanına başçılıq etmişdilәr. Nәslin başçısı Matatiyanın ölümündәn (e.ә. 166) sonra silahlı üsyanı ardıcıl olaraq onun oğulları (Yәhuda Makkabi, Yonatan vә Şimon) idarә etmişlәr. Yәhuda Makkabinin dövründә dini tәqib dayandırılmış vә dini muxtariyyәt bәrpa olunmuşdu (e.ә. 162). Onun ölümündәn sonra (e.ә. 161) Yonatanın (e.ә. 152 ildәn baş kahin) dövründә vergilәr әhәmiyyәtli dәrәcәdә azaldılmış, Şimonun dövründә isә (e.ә 142–134 illәrdә baş kahin) siyasi asılılığa son qoyulmuşdur (e.ә. 142). Xalq yığıncağının qәrarı ilә e.ә. 140 ildә Şimon irsi olaraq baş kahin, etnarx vә strateq tәyin edilmişdir. Sadukeylәrә arxalanan sonrakı dövr H.-i istilaçı müharibәlәr aparmışlar; onların dövründә İudeya daha çox ellinist monarxiya cizgilәri qazanmışdı (I Aristobul [e.ә. 104–103] çar titulunu qәbul etmişdi). E.ә. 1 әsrin başlanğıcında, çar Aleksandr-Yannaenin dövründә [e.ә. 103–76] İudeya әrazi ekspansiyasının apogeyinә çatmışdı. Xalqa qarşı istibdad fariseylәrin başçılığı ilә kütlәvi xalq üsyanına (e.ә. 90–84) sәbәb olmuş, Yannae tәrәfindәn amansızlıqla yatırılmışdır. Yannaenin dul arvadı çariça Salomeya Aleksandra [e.ә. 76–67] fariseylәrlә barışmış, onları dövlәt idarәçiliyinә cәlb etmişdir. Onun ölümündәn sonra başlamış vәtәndaş müharibәlәri Romanın müdaxilәsi vә Qney Pompeyin İudeyanı işğal etmәsi (e.ә. 63) ilә başa çatdı. H.-dәn olan sonuncu hökmdar Antiqon [e.ә. 40–37] hakimiyyәtdәn uzaqlaşdırıldı vә Roma protektoratı altında öz sülalәsinin әsasını qoymuş I İrod tәrәfindәn öldürüldü.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU