HAŞTEYN KONVENSİYASI (1865) – avqustun 14-dә Avsriya ilә Prussiya arasında Danimarka-Prussiya müharibәlәri (1848–50; 1864) nәticәsindә işğal olunmuş Şlezviq vә Holşteyn hersoqluqları mәsәlәsinә dair bağlanmış saziş. H.k.-na görә, bu hersoqluqlar hәr iki dövlәtin müştәrәk mülklәri hesab olunsa da Holşteynin idarәsi Avstriyaya, Şlezviqin idarәsi isә Prussiyaya keçirdi. Mühüm strateji әhәmiyyәtә malik Kil portunun mühafizәsi Prussiya qoşunlarına hәvalә olunurdu. Prussiya Holşteyndә Kil kanalını, d.y.-nu vә teleqrafı inşası hüququnu әldә edir, Avstriya Lauenburqu 2,5 mln. talerә ona güzәştә gedirdi. Rendeburq Avstriya-Prussiya qarnizonunun yerlәşdiyi müttәfiq qala olurdu. Avstriya tәrәfindәn güzәştlәrә baxmayaraq, H.k. Avstriya-Prussiya ziddiyәtlәrini aradan qaldırmadı. Şlezviq vә Holşteyn hersoqluqları üzәrindә hakimiyyәt mәsәlәsi O. fon Bismark tәrәfindәn Avstriya-Prussiya müharibәsi (1866) üçün bәhanә kimi istifadә edildi.










