HATAY – Türkiyәnin c.-unda il. Sah. 5,87 min km2. Əh. 1,7 mln. (2020). İnz. m. Antakya ş.-dir. Mәdәn (xrom, dәmir, mis, qurğuşun), yeyinti, toxuculuq sәnayesi var. Əkinçilik (pambıq, zeytun, dәnli bitkilәr, sitrus meyvәlәri) vә heyvandarlıq (qoyun, keçi) inkişaf etmişdir. İl әrazisindә Aralıq dәnizi iqlimi hakimdir; qışı mülayim (Antakyada yanvarda orta temp-r 8°C), yayı istidir (iyulda orta temp-r 26,9°C). Yağıntının illik miqdarı q.-dә 1000 mm, ş.-dә 600–700 mm-dir.
S ә n a y e. H.-da 153 ha әrazini tutan vә 3170 firma vә şirkәti özündә birlәşdirәn 5 sәnaye zonası fәaliyyәt göstәrir (2017). Qara metallurgiya sәnayesi vә onunla әlaqәli sahәlәr inkişaf etmişdir. Xam polad istehsalı 7,536 mln. t (ölkә istehsalının 20%-i), tökmә polad istehsalı 10,2 mln. t (ölkә üzrә istehsalın 55%-i) tәşkil etmişdir. Mebel sәnayesi, әsasәn, ixraca yönәlmişdir (çalışanların sayı 6000 nәfәr). Dәri-ayaq qabı sahәsindә 300 müәssisә-sex (çalışanların sayı 5 min nәfәr) fәaliyyәt göstәrir. Ölkә üzrә kişi ayaqqabısı istehsalının 35%-ini tәmin edir (2017). H.-da, hәmçinin toxuculuq, yeyinti sәnayesi müәssisәlәri dә fәaliyyәt göstәrir.
K ә n d t ә s ә r r ü f a t ı. Torpaqların 50%-i (275,578 ha) k.t-na yararlıdır: әkinçilik – 133,640 ha, meyvәçilik – 95,775 ha, tәrәvәz – 26,163 ha. Yığım (2020): dәnli bitkilәr – 410,549 t, o cümlәdәn buğda – 218,004 t, yemlik bitkilәr 371,391 t, soya bitkilәri – 6,595 t, kartof – 90,430 t, yerkökü – 68.933 t, soğan – 198,804 t, naringi – 478,024 t, portağal – 121,244 t. Qara malın ümumi sayı – 148,036 baş, davar – 473,022 baş, ev quşları – 861,912 baş tәşkil edir (2020).











