HATƏM BƏY ORDUBADİ Mәlik Bәhram bәy oğlu (?, Ordubad ş. – 25.5.1610, Mәşhәd) – Azәrb. dövlәt xadimi, mәdәniyyәt himayәçisi. N.Tusinin nәslindәndir. Atasının ölümündәn sonra onun yerinә Ordubadın kәlәntәri tәyin edilmiş, sonralar Xoy hakimi, Yәzd vә Şiraz hakimlәrinin yanında xidmәt etmişdir. Şah Abbasın [1587–1629] hakimiyyәtinin ilk illәrindәn Sәfәvilәr sarayında maliyyә işlәrinә nәzarәt etmiş, 1592 ildә etimadüd-dövlә (baş vәzir) tәyin olunmuş, dövlәtin siyasi vә iqtisadi hәyatında mühüm rol oynamışdır. 1606 ildә Ordubada gәlәn Şah Abbas fәrman verәrәk şәhәri soyurqal qismindә H.b.O.- yә bağışlamışdır. H.b.O. şәhәrdә geniş abadlıq işlәri aparmış, ictimai binalar tikdirmişdi. Elm vә mәdәniyyәt xadimlәrinә himayәçilik etmişdir. H.b.O. bәdii yaradıcılıqla da mәşğul olmuş, “Safi” tәxәllüsü ilә türk (Azәrb.) vә fars dillәrindә şeirlәr yazmışdır. Qәflәtәn vәfat etmiş H.b.O. Mәşhәddәki İmam Rza mәqbәrәsinin aşağı hissәsindә dәfn olunmuşdur.










