HATƏMİ Neyyerzaman Mehdiqulu qızı (30.3.1916, Tehran – 13.4.2000, Bakı) – Azәrb. şәrqşünası, filologiya e.d. (1968), prof. (1970), әmәkdar elm xadimi (2000). Tehran Un-tinin pedaqogika (1938) vә filologiya (1945) fakültәlәrini bitirmişdir. 1947 ildәn Azәrb. Dövlәt Un-tinin (indiki BDU) İran filologiyası kafedrasında müәllim, baş müәllim, dosent, prof. vәzifәlәrindә işlәmişdir. Tәdqiqatları fars danışıq dilinә vә Tehran dialektinә hәsr olunmuşdur. Orta vә ali mәktәblәr üçün dәrsliklәrin müәllifidir. H.-nin tәrtib etdiyi ikicildlik “Farscaazәrbaycanca lüğәt” (1999, Tehran) 60 min sözü әhatә edir.










