Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HATŞEPSÚT
    HATŞEPSÚT (Qәdim Misir dilindә “alicәnab qadınların birincisi”; ? – e.ә. 1468) – XVIII sülalәdәn Qәdim Misirin fironu. I Tutmosun vә çariça Yahmosun qızı, II Tutmosun ögey bacısı vә arvadı idi. Ərinin ölümündәn (e.ә. 1490) sonra onun digәr arvadının – İsidanın oğlu III Tutmosla müştәrәk hökmdar olan H. onu real hakimiyyәtdәn uzaqlaşdırmışdır. Deyr-әl-Bәhr (Fiva r-nunda Nilin q. sahilindә) anım mәbәdinin relyeflәrindә әks olunmuş rәsmi rәvayәtә görә, allah Amon ilә onun anası arasında bağlanan sakral nikah nәticәsindә doğulmuş vә atası tәrәfindәn tamhüquqlu varis seçilmişdir. H. dövrünün әn mühüm hadisәsi – Punta tәşkil edilmiş genişmiqyaslı ekspedisiyadan sәhnәlәr dә anım mәbәdındә tәsvir olunmuşdur. Speos-Artemidos (Orta Misirdә Bәni Hәsәn yaxınlığında) mәbәdinin kitabәsindә H. Misirdә hiksosların hakimiyyәtinin fәsadlarının tam aradan qaldırılmasını öz adına çıxmağa çalışmışdır. H.-un hökmranlığı illәrindә Misirin Şәrqi Aralıqdәniziyanıda, demәk olar ki, bütün xarici mülklәri Mitanni dövlәtinin nәzarәtinә keçmişdir. Ehtimal ki, H. qızı Nefrurunu hakimiyyәtә cәlb etmәk fikrindә olmuş, lakin o, anasından әvvәl ölmüşdür. H.-un idarәçilik işlәrindә onun işlәr müdiri vә tikinti işlәrinin rәisi Senmut böyük rol oynamışdır. Hökmdarlar vadisindә dәfn edilmişdir. H.-un ölümündәn sonra onun abidәlәri vә yazıları qismәn dağıdılmışdır; ehtimal ki, әleyhdarları onun müstәqil hökmdar olmasına dair xatirәlәri zәiflәtmәyә çalışmışlar. .
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU