HÁTT DİLİ (köhnә adı prohatt dili, protohett dili) – Mәrkәzi Anadolunun şm.-ında (indiki Türkiyә) yaşamış qәdim әhalinin dili. Hett dili vә pala dili tәrәfindәn sıxışdırılaraq aradan çıxmışdır. H.d. qәdim hett dövründә ölü dilә çevrilmişdir (tәqr. e.ә. 1680–1500), lakin hett arxivi sәnәdlәrindә H.d. daşıyıcılarının ayrı-ayrı qruplarının yeni hett dövründә dә mövcud olduğuna dair bәzi dәlillәr vardır. H.d.-nin öz yazısı olmamışdır. E.ә. 17–13 әsrlәrә aid hett mәnbәlәrindәn – hett vә Luviya katiblәrinin gil lövhәciklәr üzәrindәki hett mixi yazılarından mәlumdur. Abidәlәrin әsas hissәsi (tәqr. 500 vahid) Boğazköy (bax Hattuşaş) şәhәrindәki Hett çarlığı arxivinә aiddir. H.d.-ndәki bütün mәtnlәr ayin vә dini bayramların tәsvirindәn, dua vә miflәrdәn ibarәtdir. Tәqr. 300 hatt leksemi (yaxud sözkökü) götürülәrәk, onlardan 200-ünün tәqribi mәnası müәyyәnlәşdirilmişdir. H.d.-nin genealoji mәnşәyi dәqiqlәşdirilmәmişdir. Onun abxazadıq dillәrinә, sino-Qafqaz makro ailәsinә aid olması haqqında fәrziyyәlәr vardır. H.d. aqlütinativ dillәrә aiddir. Polisintetizm elementlәri ilә birgә sintetik dildir. 4 qrammatik kateqoriyası var: adlar (isim vә sifәt), әvәzlik, feil vә dәyişmәyәnlәr (zәrf, bağlayıcı, әdat vә s.). Eyni kök (әsas) hәm feil, hәm dә isim kimi çıxış edә bilәr (sözfor malar yalnız sözdәyişdirici affikslәr, yaxud kömәkçi klitiklәr vasitәsilә fәrqlәndirilir). Nominativ quruluşlu dil kimi tәfsir edilәn H.d.-nin aktiv quruluşa malik olması haqqında da fәrziyyәlәr mövcuddur. Sadә cümlәdә söz sırası sәrbәstdir. Tәsirli quruluşlarda söz sırası “pre di kat+(subyekt)+obyekt”, tәsirsizlәrdә “subyekt+predikat” şәklindәdir. Mürәkkәb cümlәnin sintaksisi mәlumat azlığından öyrәnilmәmişdir. Leksi kasında az sayda sami dillәrindәn keçmә sözlәr var.










