HATTA Mәhәmmәd (12.8.1902, Qәrbi Sumatra, Bukittingi – 14.3.1980, Cakarta) – İndoneziyanın dövlәt vә siyasi xadimi. Niderlandda iqtisadiyyat üzrә ali tәhsil almışdır (1922/23–32). İndoneziyaya qayıtdıqdan sonra Sukarnonun rәhbәrliyi ilә milli azadlıq hәrәkatına qoşulmuş, sürgün olunmuşdur. Yapon işğalı dövründә (1942–45) İndoneziyanın suverenliyinin Yaponiya tәrәfindәn tanınacağını gözlәyәrәk yaponlarla әmәkdaşlıq etmişdir. Sukarno ilә birlikdә İndoneziyanın istiqlaliyyәtini elan etmiş (17.8.1945), vitse-prezident, eyni zamanda baş nazir (1948-50) olmuşdur. Fәal vә müstәqil xarici siyasәt doktrinasının vә kooperasiya hәrәkatı konsepsiyasının müәllifi, daxili siyasәtdә liberalizm vә iqtisadi inkişafın tәrәfdarı idi; bir sıra prinsipial mәsәlәlәrdә Sukarno ilә fikir ayrılığı olmuşdur. 1956 il dekabrın 1-dә vitse-prezident vәzifәsindәn istefaya çıxmışdır. Hәrbi rejim dövründә (1965 ildәn sonra) mötәdil müxalifәtdә olmuşdur.










