HATTİ – e.ә. 12 әsrәdәk Mәrkәzi Anadoluda tarixi vil.; әrazisi c.-ş., c.-q. vә şm.-q.-dәn Marassantiya (indiki Qızılirmak) çayı ilә mәhdudlaşan H.-nin adı sonralar CәnubŞәrqi Anadoluya vә Suriyaya yayılmışdı. E.ә. 3-cü minillikdә bu әrazidә hattlar, e.ә. 2-ci minilliyin başlanğıcında isә hettlәr vә luviyalılar mәskunlaşmışdılar. E.ә. 20–18 әsrlәrdә Aşşur ticarәt koloniyalarının әhatәsindә idi. Bu dövrdә H. әrazisindә әn mühüm hakimliklәr Ankuva, Taviniya, Tuhpiya, Hattuş (Hattuşaş) vә ehtimal ki, Durhumit, Kuburnat vә Kussara olmuşdur. E.ә. 17 әsrdә Hett çarlığının özәyi olan H. hett mәtnlәrindә hәm bütün dövlәti, hәm dә onun paytaxtı Hattuşaşı ifadә edirdi. H. iqtisadi vә mәdәni cәhәtdәn Hett çarlığında әhәmiyyәtli әyalәtlәrdәn biri idi. H.-nin şәhәrlәri e.ә. 17–16 әsrlәrdә hurritlәr, e.ә. 15–13 әsrlәrdә isә kasklar tәrәfindәn dәfәlәrlә dağıdılmışdı. Hett çarlığının süqutundan sonra bu vilayәt üçün “H.” adı istifadә olunmamışdır. E.ә. 12 әsrin әvvәllәrindә vil.-in adı әnәnәlәrini qoruyub saxlamış Karhemiş ş.-nә, sonralar isә әhalisi, әsasәn, luvi-arami olan son hett çarlıqlarına şamil edilmişdir. Onların arasında әn mühümlәri Karhemiş, Kummuh, Melid olmuşdur. Geniş mәnada H. adı altında Qәrbi Suriyadakı Arpad, Qurhum, Palistina (Patina), Samal vә Hamat çarlıqlarının әrazilәri nәzәrdә tutulurdu. Kilikiya vә Mәrkәzi Anadoludakı son hett çarlıqları e.ә. 8 әsrә qәdәr adәtәn H.-nin tәrkibinә daxil edilmirdi. Bu dövlәtlәrin Aşşur çarı II Sarqon tәrәfindәn işğalından taellinizm dövrünәdәk bütün Suriya vә Fәlәstin әrazilәri H. vil. kimi tanınırdı.










