Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HATTUSİLİS
    HATTUSİLİS – Hett dövlәti hökmdarlarının adı. H a t t u s i l i s I [Hattusili I, Labarna(s) II] – Hett dövlәtinin hökmdarı [tәqr. e.ә. 1650–20]. Ehtimal ki, Papahdilmahın (Pavahtelmahın), yaxud Pu-Şarrumanın (Pu-Hassumasın) oğludur. İşğalçılıq siyasәti yürütmüşdür. Şimal (Salpa) vә qәrb (Arsava) istiqamәtlәri ilә kifayәtlәnmәyәrәk, Cәnub-Şәrqi Anadoluya, Yuxarı Mesopotamiya vә Suriyaya genişmiqyaslı yürüşlәr zamanı Alalah ş.-ni dağıtmış, lakin paytaxtı Halap (indiki Hәlәb) olan Yamhad çarlığını tabe edә bilmәmişdir. I H.-in Suriya yürüşlәri nәticәsindә Hett dövlәtinin inzibati idarәçiliyindә Şimali Suriya mixi yazısının variantlarından biri tәtbiq olunmuş (hәrçәnd, I H.-in dövrünә aid mәtnlәr hett dilindә yox, Akkad dilindә bizә gәlib çatmışdır) vә hett panteonuna yeni allahlar (Halap ş.-nin ildırım allahı) daxil edilmişdir. Hurri tayfalarının Yuxarı Mesopotamiyadan Mәrkәzi Anadoluya hücumunu dәf edәn I H. paytaxtı Kussardan Hattusasa köçürmüşdür. Daxili siyasәtindә әyanların müqavimәti vә qohumlarının qiyamları ilә üzlәşәn I H. inzibati aparatı möhkәmlәndirmiş vә qanunvericilik islahatlarına başlamışdır. Oğlu Hussiyasın vә qohumu Kiçik Labarnasın üsyanlarından sonra, nәvәsi I Mursulisi vәliәhd tәyin etmişdir. H a t t u s i l i s I I I (Hattusili III) (tәqr. e.ә. 1320–1245) – Hett dövlәtinin hökmdarı [tәqr e.ә. 1275–45]. II Mursilisin [tәqr. e.ә. 1334–06] kiçik oğlu. İştarla eynilәşdirilәn hurri ilahәsi Şavuşkanın kahini kimi tәrbiyә olunmuşdur. Qardaşı II Muvatallisin vә qohumu Urhi-Teşşubun hakimiyyәti dövründә müxtәlif saray vә hәrbi vәzifәlәri tutmuşdur. Yuxarı ölkәnin çanişini kimi kask tayfalarının tutduğu Şimali Anadoludakı hett şәhәrlәrini (o cümlәdәn öz mülkünün yeni paytaxtı Hakpisi) geri almış, kasklarla sülh bağlamağa vә hett әhalisini bu torpaqlara qaytarmağa calışmışdır. Urhi-Teşşubu devirәrәk III H. adı ilә taxta çıxmışdır. Onun hakimiyyәt illәri Hett çarlığının çiçәklәnmә dövrü idi. III H. daxili münaqişәlәrin qarşısını almaq mәqsәdilә әsas vәzifәlәrә hökmdar nәslinin bütün qollarının nümayәndәlәrini tәyin edirdi. Xarici siyasәtdә Misir fironu II Ramseslә sülh sazişi bağlamış (tәqr. e.ә. 1270), sülalә nikahları vasitәsilә Misir, Babilistan, Amurru vә İşuva (İsuva) dövlәtlәri ilә münasibәtlәri möhkәmlәndirmişdir. III H. Qәrbi Anadoluda üsyanı yatırtmış vә Millavandunu (Mileti) tutaraq Ahhiyava ilә münaqişәnin hәllindә diplomatiyadan istifadә etmişdir. Yuxarı Mesopotamiyada öz nüfuzunu möhkәmlәndirmәk üçün Aşşurdan vassal asılılığında olan Haniqalbatdakı qiyamdan istifadә edәrәk onun taxtına öz adamını oturtmuşdur. Xarici vә daxili siyasәtdә III H.-in arvadı Puduhepa böyük rol oynamışdır. Zәngin epistolyar irs qoymuş III H. avtobioqrafik “Hattusilisin mәdhi” әsәrini yazmışdır; Yazılıkayada mәbәdgahın inşasına başlamışdır. Fraktindәki (indiki Kayseri ilindә Fıraktın) barelyefdә tәsvir olunmuşdur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU