HAUNSFİLD (Haunsfield) Qodfri Nyubold (28.8.1919, B.Britaniya. Nottinq hempşir – 12.8.2004, orada) – ingilis mühәndis-elektriki. Nobel mükafatı laureatı (1979; Amerika fiziki vә nәzәriyyәçisi Allan Kormakla birlikdә) Rentgen şüaları üçün mühitin sıxlığını ölçmәk mәqsәdilә tomo qrafiyada istifadә olunan Hauns fild şkalası onun şәrәfinә adlandırılmışdır. Rentgen şüalarının canlı orqanizmin normal anatomik strukturları tәrәfindәn udulma әmsalı Haunsfild vahidlәri (HU) ilә tәyin olunur. Bu vahidlәr şkalasının diapozonu –1024-dәn +1024-ә qәdәrdir; 0 nöqtәsi standart (normal) tәzyiq vә temp-rda distillәedilmiş suyun radio sıxlığına uyğun gәlir; –1000 HU qiymәti havaya, digәr mәnfi qiymәtlәr az sıxlıqlı toxumalara (ağ ciyәr, piy), müsbәt qiymәtlәr isә daha sıx toxumalara (yumşaq toxumalar, sümük) vә daha bәrk maddәlәrә (metal) uyğun gәlir. H. 1958–59 illәrdә B.Britaniyada ilk dәfә tam EMİDES 1100 tranzistorlu kompüter yaratmışdır.











