HAUSA DÖVLƏTLƏRİ – indiki Şimali Nigeriya әrazisindә vә Nigerin cәnub hissәsindә hausa xalqının erkәn dövlәt qurumları. 8–10 vә 13 әsrlәr arasında yaranmış, 14 әsrdә burada islam dini yayılmışdır. 16 әsrin sonunda transsәhra ticarәtinin әsas yollarının H.d. әrazisindәn keçmәsi vә qonşu Sonqay dövlәtinin zәiflәmәsi ilә әlaqәdar çiçәklәnmә dövrünü yaşamışlar. 19 әsrin әvvәllәrindә Osmandan Fodio üsyanı nәticәsindә, әsasәn ful belәin Sokoto “xilafәtinin” tәrkibinә daxil edilmişdilәr. 20 әsrin әvvәllәrindәn Şimali Nigeriya Britaniya protektoratının tәrkibindә olmuşdular.










