Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAUSALAR
    HAUSALAR (özlәrini h a u s a v a adlandırırlar) – Tropik Afrikanın әn çoxsaylı xalqı. Nigeriyanın şm.-ında (әsasәn, Kano, Katsina, Ciqava, Sokoto, Zamfara, Kebbi, Bauçi ştatlarında, Kaduna ştatının şm.-ın da; 40 mln. nәfәrdәn çox) vә Nigerin c.-un da (Doso vә Tillaberi dep-tlәrinin ş.-i, Tahua dep-tinin c.-u, Maradi dep-ti, Zinder dep-tinin q.-i; 10 mln. nәfәrdәn çox), hәmçinin Qana, Toqo, Benin, Kamerun, Çad, Kot-d’İvuar, Sudan vә s. ölkәlәrdә yaşayırlar. Ümumi sayları 60 mln. nәfәrdәn çoxdur (2016). Hausa dilindә danışırlar. Qәrb (Nigerdә vә Şimal-Qәrbi Nigeriyada adaravalar, kurfayavalar, aravalar, qobiravalar, kabavalar, zamfaravalar vә b.) vә şәrq (Nigeriyada dauravalar, kanavalar, quddiravalar vә b.) qruplarına bölünürlәr; Nigerdә vә Nigeriyada yaşayan katsinavalar onlar arasında aralıq mövqedәdirlәr. Şimali Afrika vә Yaxın Şәrq ölkәlәrindә (әn çox saylı Sәudiyyә Ərәbistanında) H.-ın böyük diasporaları var. 20 әsrdәn etibarәn Qәrbi Avropa vә s. ölkәlәrә mühacirәt edirlәr. Dindarların çoxu müsәlmandır; xristianlar vә әnәnәvi inancların ardıcılları (Nigerdә arnalar vә ya aznalar, Nigeriyada maquzavalar) da var. H.-ın etnogenetik әfsanәlәrindә ulu әcdad Əbayәcidin oğlu vә altı nәvәsi tәrәfindәn yaradılmış “yeddi hausa”dan (hausa bakvay) – Hausa dövlәtlәrindәn (Daura, Kano, Katsina, Zariya, Qobir, Rano vә Biram) bәhs edilir. “Yeddi yadelli” (banza bakvay) – Kebbi, Zamfara, hәmçinin müasir Nigeriya әrazisindәki yorubalar, nupelәr vә digәr xalqların dövlәti qurumları onlara tabe olmuşdur.
    Hausalar әnәnәvi milli geyimdә.
    19 әsrdә H. Sokoto dövlәtindә şәhәrlәrdә yaşayan vә әkinçiliklә mәşğul olan әhalinin (talakava) әsas hissәsini tәşkil edirdilәr. Müstәmlәkә dövründә (1903–60) H. keçmiş kölәlәri – müharibә gedişindә alınmış “qul kәndlәri”nin әhalisini (rinci) assimilyasiyaya uğratmışdılar. Ənәnәvi zadәganlar (sarakuna), әsasәn, 19 әsrdә hausa dilini qәbul etmiş fulbelәrlә tәmsil olunur; lakin bәzi yerlәr dә (Daura vә Abuca әmirliklәri vә s.) H.-ın Sokotoya qәdәr hakim sülalәlәri (habe) saxlanılmışdır. Assimilyasiyaya mәruz qalmış fulbelәrlә birlikdә Hausa-fulani birliyini tәşkil edirlәr. Əsas әnәnәvi mәşğuliyyәtlәri suvarma toxa әkinçiliyi vә ticarәtdir; mövsümçülük geniş yayılmışdır. Keçi, qoyun, at, şm.-da dәvә yetişdirilir; arnalar vә maquzavalarda ovçuluq saxlanılmışdır. Peşәkar dilәnçilik vә oğurluq da әnәnәvi mәşğuliyyәtlәri hesab olunur. H.-ın mәskәnlәri xüsusi mәhәllәlәrә bölünür; şәhәrlәrdә H. Qәdim şәhәrin (birni) sakinlәrini tәşkil edirlәr. Çiy kәrpicdәn vә ya möhrәdәn tikilәn evlәri, adәtәn dördkünc vә yastıdamlı olur, divarları yapma (bәzәn rәnglәnmiş) ornamentlә bәzәdilir; malikanәlәri möhrә çәpәrlә әhatәlәnir. Kişilәr şalvar (vando) vә döşündә cibi olan beldәn aşağı, yaxud dizә qәdәr tunikaya bәnzәr köynәk, yaxud bubu (riqa, taquva) geyinir, başlarına çәkili silindrik papaq (hula) vә ya әmmamә (әsasәn, әyanlar) qoyurlar. Qadınlar adәtәn basma bәzәkli qumaş (zane) geyinir, başlarını yaylıqla (dankvali) örtürlәr. H.-ın mәdәniyyәtindә kola qozu mühüm yer tutur. Maquzavalar vә arnalar darı vә kalışdan mәrasimi spirtli içkilәr (burkutu, fito) hazırlayırlar. Müxtәlif qruplar, ayrı-ayrı sәnәt sahәlәrinә mәnsub sәnәtkarlar, hәmçinin H.-la qonşu xalqlar arasında zarafatyana qohumluq münasibәtlәri tәtbiq olunur; tәbabәt ayinlәri (bori) saxlanılmışdır (o cümlәdәn diasporalarda). Arnalar vә maquzavalar arasında yaş siniflәri vә totemizmin qalıqları izlәnilir. Folklorlarına etnogenetik әfsanәlәr, nağıllar vә nәğmәlәr daxildir. Mәrasim musiqisi, saray ifaçılıq sәnәti inkişaf etmişdir. Musiqi alәtlәri ikitәrәfli tәbil (kalanqu), nağara (tambari), 1–3 simli ud (qoge, kuntigi, molo vә s.), uz. tәqr. 4 m olan metal şeypurdur (kakaki). Hausa dilindә әrәb (әcәmi) vә latın (boko) qrafikalı әdәbiyyat inkişaf etmiş [әn mәşhur yazıçı A.İmamdır (1911–81)] vә kino sәnayesi (“Nollivud”) mövcuddur. H.-ın çoxu alitәhsillidir, biznes (nigeriyalı milyarder A.Danqote Afrikanın әn varlı adamıdır) vә siyasәtlә mәşğul olurlar. Niger prezidentlәri M.Usman (1993–96), İ.B.Mainassara (1996–99), D.M.Vanke (1999) vә M.İssufu (2011 ildәn) H.-dandır.
     
    Ənәnәvi mәrasimlәrdә istifadә olunan musiqi alәti – kakaki
    (metal şeypur).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU