HÁUSDORF (Hausdorff) Feliks (8.11.1868, Breslau, indiki Vrotslav – 26.1.1942,Bonn) – alman riyaziyyatçısı. 1891 ildә Leyptsiq Untini bitirmiş, 1895 ildәn orada dәrs demişdir (1902 ildәn prof.); sonralar Qreyfs valdda, 1921 ildәn Bonnda un-tin prof.-u olmuşdur. Riyaziyyatın bir çox sahәlәrini – çoxluqlar nәzәriyyәsini, topologiyanı, funksional analizi, kәsilmәz qrup nәzәriyyәsini, әdәdlәr nәzәriyyәsini zәnginlәşdirmişdir. “Çoxluqlar nәzәriyyәsinin әsasları” kitabında (1914) riyaziyyatda әsas yer tutan topoloji fәzalar (Hausdorf fәzaları) sinfinin ilk dәfә tәrifini vermiş, onu sistematik olaraq tәdqiq etmiş vә belәliklә müasir ümumi topologiyanın banisi olmuşdur. 1916 ildә P.S.Aleksandrov ilә eyni vaxtda vә ondan asılı olmadan Borel çoxluqlar gücünün problemini hәll etmişdir. Çoxluqların ölçüsü, topoloji sәrhәd, çoxluqlar nәzәriyyәsinin bir çox müxtәlif teoremlәri, ümumi topologiya, riyazi analiz, Li qrup nәzәriyyәsi anlayışları da H.-a mәxsusdur. Ailәsi ilә birlikdә Hitler konslagerinә göndәrilәcәyi xәbәrini bildikdәn sonra 1942 ildә intihar etmişdir.











