HÁUSHOFER Karl Ernst (27.8.1869, Münxen – 10.3.1946, Vaylhaym yaxınlığında Pel) – alman coğrafiyaşünası, sosioloq, hәrbi xadim. 1887 ildә Bavariya Hәrbi Akademiyasını bitirmiş, hәrbi xidmәtdә olmuşdur. 1903 ildәn Bavariya Akademiyasında dәrs demәyә başlamışdır. 1908 ildә Hindistan, Yaponiya, Koreya, Mancuriya vә Şm. Çinә sәyahәt etmiş, sonra Yaponiya ordusunda tәlim keçmәk üçün bu ölkәyә ezam olunmuşdur. 1910 ildә Almaniyaya qayıtmış, Münxen Un-tindә doktorluq dissertasiyasını müdafiә etmişdir (1913). Birinci dünya müharibәsi zamanı Şәrq cәbhәsindә general-mayor rütbәsindә briqadaya komandanlıq etmiş, 1919 ildә istefaya çıxmış, Münhen un-tindә coğrafiyadan dәrs demәyә başlamış, burada R.Hesslә yaxın tanışlıq yaratmışdır. Əsәrlәrindә coğrafi determinizmi, irq nәzәriyyәsini, dövlәtin canlı orqanizm kimi inkişafı konsepsiyasını eklektik formada әlaqәlәndirmişdir; Almaniyanın “hәyat mәkanının kifayәt etmәmәsi” vә “sәrhәdlәrinin qeyriqәnaәtbәxş olması” tezislәrini formulә etmişdir. 1921 ildә A.Hitler H.-lә tanış olduqdan sonra onun “hәyat mәkanı” nәzәriyyәsini nasional-sosializmin ideoloji әsasına çevirmişdir. 1920-ci illәrdә Geosiyasәt in-tunu vә “Zeitschrift für Geopolitik” jurnalını (1924–44 illәrdә nәşr olunmuşdur) tәsis etmişdir. 1933 ildәn Münxen Untindә coğrafiya üzrә ordinar prof., 1934–37 illәrdә “Alman akademiyası”nın prezidenti, 1938–41 illәrdә “Xaricdәki almanlara dәstәk üzrә xalq ittifaqı”nın sәdri olmuşdur. Hess B. Britaniyaya getdikdәn sonra H. dövlәt siyasәtinә tәsirini qismәn itirmiş, gestaponun nәzarәti altına düşmüşdür. H.-in oğlu Hitlerә qarşı 1944 il 20 iyul suiqәsdindә iştirakda ittiham edilmiş vә 1945 ildә edam olunmuş, H. isә 8 ay Daxau hәbs düşәrgәsindә saxlanmışdır. 1946 ildә Qәrb mәtbuatında nasist rejimi ilә әmәkdaşlıqda ittiham olunduqdan sonra arvadı ilә birlikdә intihar etmişdir. H.-in Yaponiya vә Sakit okean regionu üzrә mütәxәssis, hәmçinin geosiyasәt haqqında tәlimin banilәrindәn biri kimi xidmәtlәri elmi ictimaiyyәt tәrәfindәn qәbul edilsә dә, onun nasizmlә әlaqәlәri vә nasist ideologiyasının formalaşmasında ideyalarından istifadә olunması әxlaqi vә siyasi nöqteyi-nәzәrdәn şәxsiyyәtinә kölgә salır.










