HAUSTORİYA (lat. haustor – çıxaran, içәn) – başqa orqanizmlәrin hüceyrәlәrinә girәn bu vә ya digәr maddәlәrin udulması funksiyasını daşıyan parazit göbәlәk sapının (telinin) şaxәlәnmәsi. H. әn çox bitki xәs tәliklәrinin törәdicilәrindә olan göbәlәklәrdә öyrәnilmişdir. Onlar sahib hüceyrәsini tәqr. bütünlüklә dolduran xırda kürәşәkillidәn iri şaxәlәnәn törәmәlәrәdәk müxtәlif ölçü vә formada olurlar. H. forması fitopatogen göbәlәklәrin mühüm sistematika әlamәtidir. Müxtәlif birlәşmәlәri sormaq üçün istifadә edilәn, hәmçinin çiçәkli parazit bitkilәrin sormacları da H. adlanır; kәhrә vә qızılsarmaşıqda mәs., bu çox hüceyrәli sapşәkilli törәmәlәr, adәtәn şәkli dәyişilmiş köklәrdir. Toxumlu bitkilәrin cücәrtilәrindәki H. lәpәlәrin (soğanda) uclarında sorucu toxumanın hissәlәrindә vә rüşeym (taxıllarda) qalxancıqlarının sәthindә olur. Bu toxuma, cücәrtilәrin qidalanmasına gedәn toxumlardakı ehtiyat qida maddәlәrinin hәllolmasını vә sorulmasını tәmin edәn sapşәkilli hüceyrәlәrdәn ibarәtdir. Mamırkimilәrdә sporofitin ayaqcığının aşağı hissәsi H.-ya (sormaca) çevrilmişdir. H.-nın kömәyilә qametofitin bәdәninә girәn sporofit, belәliklә öz sәrbәstliyini itirir, әslindә qametofitdә parazitlik edir.










