Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAVA-DESANT QOŞUNLARI
    HAVA-DESANT QOŞUNLARI (HDQ) – bir çox dövlәtdә döyüş әmәliyyatı aparmaq üçün havadan düşmәnin arxasına salınan mobil qoşun növü. HDQ birlәşmәlәri, hissәlәri vә bölmәlәri miqyasına vә mәqsәdinә görә operativ, operativ-taktiki vә taktiki hava desantları kimi istifadә olunur. Hücum (әks-hücum) vә müdafiә әmәliyyatları zamanı hava desantlarının vәzifәlәri aşağıdakılar ola bilәr: düşmәn qoşunlarının idarәetmәsinin pozulması; nüvә hücumu vә yüksәkdәqiqlikli silahların yerüstü elementlәrinin mәhvi; mühüm rayonların, mәntәqәlәrin, iri su hövzәlәrindә keçidlәrin, dağ keçidlәrinin vә aşırımların, kommunikasiya qovşaqlarının, aerodromların, adaların vә dәnizsahili әrazilәrin, hәrbi dәniz bazalarının, portların vә digәr mühüm obyektlәrin (müstәqil surәtdә, yaxud dәniz desantı ilә birlikdә) tutulması vә әldә saxlanılması; düşmәnin ehtiyat qüvvәlәrinin cәbhә xәttinә irәlilәmәsinin vә cәbhә boyu düzülmәsinin pozulması; ayrı-ayrı istiqamәtlәrin, rayonların vә açıq cinahların mühafizәsi (müdafiәsi). HDQ öz tapşırıqlarını silahlı qüvvәlәrin müxtәlif birlәşmәlәri vә hissәlәri, hәmçinin müxtәlif qoşun növlәri ilә birgә yerinә yetirir. Qәrb dövlәtlәri ordularında HDQ İkinci dünya müharibәsi әrәfәsindә meydana gәlmişdir. Almaniya, ABŞ vә B.Britaniyada daha geniş yayılmışdır. Almaniya ordusunda HDQ-nin tәşkilinә 1936 ildә başlanılmışdır. İkinci dünya müharibәsi illәrindә Almaniyanın HDQ Norveçin, Belçikanın, Hollandiyanın vә Krit a.-nın işğalı zamanı istifadә olunmuşdur. ABŞ vә B.Britaniyada hava-desant birlәşmәlәri vә hissәlәrinin formalaşdırılmasına 1940-cı illәrin әvvәllәrindәn başlanılmış, ABŞ ordusu tәrkibindә 1943 ilin sonlarında 5 hava-desant diviziyası tәşkil edilmişdir. B.Britaniya silahlı qüvvәlәri tәrkibindә 1945 ildә 3 havadesant diviziyası, hәmçinin bir neçә әlahiddә briqada vә batalyon var idi. ABŞ vә Britaniya HDQ 1942 ildә Avropa vә Sakit okeanda hәrbi әmәliyyatlar zamanı istifadә edilmişdir. Avropa әmәliyyat meydanında HDQ-nin әn iri әmәliyyatları Siciliya a.-nın işğalı (1943), Britaniya-Amerika qoşunlarının Fransanın şm. sahillәrinә çıxarılması (1944), Hollandiya әmәliyyatı (1944) vә Reyn çayının keçilmәsi (1945) idi. Müharibәdәnsonrakı dövrdә HDQ müxtәlif hәrbi münaqişәlәr zamanı geniş istifadә olunmuşdur. ABŞ HDQ-dәn KXDR-lә müharibә (1950–53) vә Qrenadanın işğalı (1983), B.Britaniya vә Fransa Misirә qarşı tәcavüz (1956) zamanı; İngiltәrә helikopter desantlarından İngiltәrә-Argentina münaqişәsi (1982) zamanı istifadә etmişdir. İran körfәzi zonasında müharibәnin (1990) gedişindә ABŞ-ın 82-ci hava-desant vә 101-ci hava-hücum diviziyası, Fransanın 4-cü aeromobil diviziyası vә Misirin hava-desant briqadası fәaliyyәt göstәrmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU