Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAVA HÜCUMUNDAN MÜDAFİƏ
    HAVA HÜCUMUNDAN MÜDAFİƏ (HHM) – düşmәnin müxtәlif hava hücumu vasitәlәrini dәf etmәk üçün görülәn tәdbirlәr kompleksi. Ölkәnin vә qoşunların (donanma qüvvәlәrinin) HHM növlәrinә ayrılır. HHM Birinci dünya müharibәsi dövründә yaradılmışdır. Uçuş vasitәlәrinin inkişafı ilә, HHM vasitәlәri vә düşmәnlә havada mübarizә üsulları da durmadan tәkmillәşir. Birinci (1914–18) vә İkinci (1939–45) dünya müharibәsi illәrindә HHM qoşunların (donanma qüvvәlәrinin) döyüş fәaliyyәtini tәminetmә növlәrindәn biri olmuş vә әsasәn, tәyyarә hücumundan müdafiә xarakteri daşımışdır. 20 әsrin 50-ci illәrinin ortalarından başlayaraq, bir sıra dövlәtlәrin silahlı qüvvәlәrinin radioelektronika texnikası, nüvә silahı, reaktiv aviasiya, ballistik vә qanadlı raketlәrlә tәchizi ilә әlaqәdar HHM-in inkişafının yeni mәrhәlәsi başlandı. Silahlı qüvvәlәrin nüvә vә adi silahlarla havadan qәflәtәn zәrbә endirmә imkanı HHM-in silahlı mübarizәdә rolunu artırdı, HHM isә müharibәnin gedişinә vә nәticәsinә tәsir göstәrәn strateji amil әhәmiyyәtini kәsb etdi. Hәm havada, hәm dә kosmosda fәaliyyәt göstәrәn UAların yaranması nәticәsindә hava-kosmik mәkan hәrbi qarşıdurma sahәsinә dönmüşdür. Odur ki, bir sıra ölkәlәrdә HHM sistemi düşmәnin tәyyarәlәrini, orta uzaqlıqlı ballistik raketlәrini, qanadlı raketlәrini vә hәm havada, hәm dә kosmosda olan digәr UA-larını aşkarlayıb mәhv etmәyi bacaran hava-kosmik müdafiә (HKM) sisteminә çevrilmişdir. HHM sisteminә qoyulan әsas tәlәblәr bunlardır: hava (hava-kosmik) hücumunun hazırlanmasını vә başlanmasını vaxtında aşkarlamaq vә xәbәrdarlıq etmәk mәqsәdilә hava-kosmik mәkanın fasilәsiz kәşfiyyatı; bu hücumun dәf edilmәsinә daim hazır olma; müxtәlif şәraitlәrdә düşmәnin hava (hava-kosmik) hücumu qüvvәlәrinin vә vasitәlәrinin effektli şәkildә mәhv edilmәsi vә s. HHM sisteminә düşmәnin hava mәkanının texniki kәşfiyyatı vә bu barәdә qoşunların vә obyektlәrin mәlumatlandırılması; qırıcı-aviasiya mühafizәsi (himayәsi); zenit raket-artilleriya mühafizәsi; radioelektron mübarizәsi; maskalama; idarәetmә vә s. altsistemlәri daxildir. Ayrı-ayrı ölkәlәrin HHM sistemlәri ilә yanaşı, kollektiv HHM sistemlәri (mәs.,MDB ölkәlәrinin birlәşmiş HHM sistemi, NATO-nun birlәşmiş HHM sistemi vә s.) dә var.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU