Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAVA HÜQUQU
    HAVA HÜQUQUhava mәkanından istifadә vә havada uçuş qaydalarını tәnzimlәyәn hüquqi normalar mәcmusu. H.h. milli (dövlәtdaxili) vә beynәlxalq hüquq normalarından ibarәtdir. H.h. mülki aviasiya ilә birlikdә yaranmış vә inkişaf etmişdir, lakin UA-ların uçuşlarını tәnzimlәyәn ayrı-ayrı hüquqi normalar daha әvvәl meydana gәlmişdir. Bu normalar, әsasәn, qadağanedici sәciyyә daşıyırdı. Mәs., 18 әsrdә bir sıra dövlәtlәr (Fransa, Hollandiya, Rusiya vә s.) yanğın tәhlükәsinә görә hava şarlarının buraxılmasını qadağan etmişdi. Fransa hökumәti 1909 ildә alman hava şarları vә dirijabllarının Fransa әrazisi üzәrindәn uçması ilә әlaqәdar xarici hava şarlarının uçuşlarını tәnzimlәyәn idarә vә vәzifәli şәxslәrә sirkulyar göndәrmişdir. 1911 ildә İngiltәrәdә hökumәtә bu vә ya digәr әrazi üzәrindә uçuşları qadağan etmәk hüququ verәn hava naviqasiyası haqqında akt qәbul edilmişdi. 1912 ildә Rusiyada hәrbi vә dәniz nazirinә hava gәmilәrinin uçuşları qadağan olan әrazilәri müәyyәnlәşdirmәk hüququnu verәn qanun qәbul edilmişdi. 20 әsrin әvvәllәrindә hava gәmiçiliyinin inkişafı vә aviasiyanın yaranması ilә әlaqәdar beynәlxalq H.h. sisteminin yaradılması ideyası meydana gәldi. 1919 ildә Parisdә hava uçuşları haqqında ilk Beynәlxalq konvensiya imzalandı. H.h.-nun ilkin müddәası dövlәtin öz әrazisi hüdudlarında hava mәkanı üzәrindә tam vә müstәsna suverenliyә malik olmasıdır. Bu suverenlikdәn çıxış edәn dövlәtlәr öz hava mәkanlarından istifadә qaydalarını bәrqәrar edirlәr. Hava mәkanı üzәrindә suverenlik bu mәkandan istifadәnin beynәlxalq-hüquqi tәnzimlәmә hüdudlarını da müәyyәnlәşdirir. Dövlәtin hava mәkanından istifadә etmәk yalnız onun razılığı ilә mümkündür. Bu mәqsәdlә dövlәtlәr arasında hava әlaqәsi haqqında ikitәrәfli sazişlәr imzalanır ki, onlar da milli qanunvericilik aktları ilә birlikdә dövlәtin hava mәkanında uçuş qaydalarını müәyyәnlәşdirir. Açıq dәniz üzәrindә hava mәkanı bütün dövlәtlәr üçün açıq vә azaddır. H.h.-nun mәnbәlәri ümumi vә xüsusi beynәlxalq konvensiyalar, beynәlxaq adәt (mәs., qәzaya uğrayan hava gәmilәrinә yardım etmәk adәti), sivil xalqlar tәrәfindәn tanınan ümumi hüquq prinsiplәri, mәhkәmә qәrarları vә doktrinalardır. Dövlәtlәrin hava mәkanı üzәrindәn tranzit uçuşları Beynәlxalq hava tranziti haqqında sazişlә (1944) tәnzimlәnir; sazişdә iki növ “hava azadlığı” – enişsiz uçuş imkanı vә texniki xidmәtin göstәrilmәsi üçün eniş imkanı tәsbit edilir. Hava gәmisinin beynәlxalq hava mәkanında bir neçә dövlәtin dövlәt sәrhәdini ötüb keçmәklә uçuşları Beynәlxalq mülki aviasiya konvensiyası (1944) vә Beynәlxalq Mülki Aviasiya Tәşkilatının (İCAO) standartları ilә tәnzimlәnir. Beynәlxalq hava mәkanında hava gәmilәri bayrağı altında uçduğu dövlәtin (qeydiyyat dövlәtinin) yurisdiksiyasına tabedir. Beynәlxalq hava daşımalarına aid bәzi qaydaların unifikasiyası haqqında Varşava konvensiyası (1929) vә onu tamamlayan bir sıra protokollar, Hava gәmisinә olan hüquqların tanınması haqqında Cenevrә konvensiyası (1948), Xarici hava gәmilәrinin yer üstündә üçüncü şәxslәrә törәtdiklәri zәrәr haqqında Roma konvensiyası (1952) vә ona әlavә edilmiş Monreal protokolu (1978), Beynәlxalq hava daşımalarının bәzi qaydalarını unifikasiya etmәk üçün Monreal konvensiyası (1999) hava daşımalarına (hava nәqliyyatı hüququ) hәsr olunmuşdur. Bir sıra konvensiya hava gәmilәrinin tәhlükәsizliyini tәmin etmәk mәqsәdi daşıyır: Hava gәmilәrinin bortunda törәdilәn cinayәtlәr vә bәzi digәr aktlar haqqında Tokio konvensiyası (1963), Hava gәmilәrinin qeyriqanuni әlә keçirilmәsi ilә mübarizә haqqında Haaqa konvensiyası (1970), Mülki aviasiyanın tәhlükәsizliyinә qarşı yönәlmiş qeyri-qanuni aktlarla mübarizә haqqında Monreal konvensiyası (1971) vә Beynәlxalq mülki aviasiyaya xidmәt göstәrәn aerodromlarda qeyri-qanuni aktlarla mübarizә haqqında protokol (1988). Azәrb. Resp.-da H.h. Azәrb. Resp.-nın Konstitusiyasından, Azәrb. Resp.-nın hava mәkanından istifadәni tәnzimlәyәn, aviasiya sahәsindә fәaliyyәtin ümumi prinsiplәrini müәyyәnlәşdirәn “Aviasiya haqqında” Azәrb. Resp.-nın qanunundan (2005), digәr normativ hüquqi aktlardan vә Azәrb. Resp.-nın tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrdәn ibarәtdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU