HAVA İLƏ İSİTMƏ SİSTEMİ – otaq vә binalara daxil olan havanın havaqızdırıcılarla (kaloriferlәrlә) qızdırılması. Digәr isitmә sistemlәrindәn fәrqli olaraq qızdırılan otaqlarda isitmә cihazlarının qoyulması tәlәb olunmur. İstilik itkisi otaqdakı havanın temp-rundan daha yüksәk temp-rla daxil olan havanın hesabına ödәnilir. Çox vaxt resirkulyasiyalı H.i.s. tәtbiq edilir, bu halda otaqlardakı hava havaqızdırıcıya daxil olur vә qızdırılaraq hәmin hәcmdә dә otaqlara qayıdır. Belә isitmә ventilyasiya ilә dә birlәşdirilә bilәr: havaqızdırıcıya bayırdan verilәn hava qızdırıldıqdan vә otaq lardakı istilik itkisini kompensasiya etdikdәn sonra hәmin hәcmdә dә atm.-ә qaytarılır. Adәtәn, qismәn resirkulyasiya imkanları da nәzәrdә tutulur, belә ki, havaqızdırıcılardan әvvәl otaqların havası bayırdan daxil olan hava ilә qarışdırılır. Ha vaqızdırıcılardakı hava, әsasәn, qazanxana vә ya mәrkәzlәşdirilmiş istilik tәchizatı şәbәkәsindәn verilәn isti su, ya da hәmin mәnbәlәrdәn verilәn buxarla isidilir. Elektrik qızdırıcılarının, hәmçinin qazın yanması ilә havanı qızdıran cihazların tәtbiqi dә mümkündür. İstilik sistemlәri tәbii axınlı vә ya mexaniki hәrәkәtli, mәrkәzi vә ya yerli olur. Tәbii üsulda hava soyumuş vә qızdırılmış havanın kütlәlәr fәrqi nәticәsindә hәrәkәt edir, mexaniki hәrәkәt isә ventilyatorlar vasitәsilә yerinә yetirilir. Yerli sistemlәr (istehsal sexi, idman zalı vә s. üçün) ventilyatorlar, vә rekuperatorlardan tәşkil olunur. Mәrkәzi sistemlәrdә isә qızdırılmış hava göstәrilәn avadanlıqlardan әlavә istilik izolyasiyası olan havaçәkәn kәmәrlә ofislәrә, tәdris, müalicә müәssisәlәrinә, yaşayış binalarına vә s. ötürülür. Geniş yayılmış su ilә isitmәdәn fәrqli olaraq H.i.s.-nin qurulması sadә vә ucuzdur; istilikdaşıyıcı (hava) temp-run kәskin azalması zamanı havaçәkәn kәmәrlәri sıradan çıxarmır.










