Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAVA KİSƏLƏRİ 
    HAVA KİSƏLƏRİ – bir çox onurğalı heyvanlarda tәnәffüs yollarının vә ya hәzm sisteminin ön hissәlәrinin hava ilә dolu kor çıxıntıları. Qaz mübadilәsindә iştirak etmir. Bir sıra quyruqsuz amfibi növlәrinin erkәk fәrdlәrinin ağız-udlaq boşluğunun alt arxa hissәsindә yerlәşәn cüt vә ya tәk H.k. sәs rezonatorları rolunu oynayır. İlanlarda vә bәzi kәrtәnkәlәlәrdә H.k. ağ ciyәrlәrin kor çıxıntılarından әmәlә gәlir. Onlar ventilyasi yanın güclәnmәsinә kömәk edir: H.k.-nin olması nәticәsindә hava növbә ilә hәm nәfәs alma, hәm dә nәfәsvermә zamanı ağ ciyәrlәrdәn keçir. Timsahlarda H.k. burun keçidlәri vә Yevstaxi boruları çıxıntısından әmәlә gәlmiş, әksәr kәllә sümüklәrinin içәrisindә yerlәşmişdir (kәllәnin pnevmatizasiyası). H.k. quşlarda daha güclü inkişaf etmişdir (5 cüt): qarın H.k. әsas bronxlardan ayrılır vә qarın boşluğu orqanları arasında yerlәşir; digәr H.k. (qida borusu boyunca uzanan boyun kisәlәri, cәngәlarası kisә, qarın tәrәfdә yerlәşәn ön sinә kisәlәri vә onların arxa tәrәfindә yerlәşәn sinә arxası kisәlәr) ağ ciyәrlәrlә әlaqәli olmayıb ikinci dәrәcәli bronxların davamıdır. Quşlarda H.k.-nin әsas funksiyası – ağ ciyәrlәrin ventilyasiyasıdır, belә ki, nәfәsalma zamanı döş qәfәsinin hәcmi praktiki olaraq dәyişmir vә nәfәsalma tamamilә H.k.-nin hәcminin dәyişmәsi ilә müәyyәn olunur. Uçuş zamanı tәnәffüs hәrәkәtlәri qanad çalma ilә sinxronlaşdırılır (bәzi H.k.-nin sıxılması qanadları aşağı endirәn әzәlәlәrin yığılması zamanı baş verir). Bundan başqa H.k. termotәnzimlәnmәdә iştirak edir, quşların üzmәsi vә suya baş vurması zamanı bәdәnin xüsusi çәkisini azaldır. Bir sıra növlәrdә burunudlaq H.k.-i var ki, onların çıxıntıları kәllә sümüklәrinә, dәrinin altına vә qismәn dә ön әtraflara keçir. Mәmәlilәrdә H.k. Yevstaxi borularının boyunda yerlәşmiş cüt çıxıntıları (tәkdırnaqlılarda, damanlarda), qırtlaq çıxıntıları olan vә sәs rezanatorları kimi fәaliyyәt göstәrәn sәs kisәlәri traxeya (zolaqlı suitilәrin erkәklәrindә) vә qida borusunun (morjların erkәk fәrdlәrindә) çıxıntıları ilә tәmsil olunur; kaşalotlarda H.k. (hәcmi 1 m3-әdәk) nәfәs borularına açılır vә suya başvurma zamanı әlavә hava ehtiyatı rezervuarı kimi fәaliyyәt göstәrir. Bitkilәrdә H.k. tozcuq dәnәlәrindә onların qılafının qatlarının aralanması zamanı yaranır. Külәklә tozlanan әksәr bitkilәr (әsasәn iynәyarpaqlılar) üçün xarakterikdir.
    Quşların hava kisәlәri.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU