Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAVA MƏKANI
    HAVA MƏKANI, h ü q u q d a – dövlәt әrazisinin bir hissәsi, quru vә su sahәsi (o cümlәdәn, daxili sularәrazi suları) üzәrindәki mәkan. Dövlәtin quru vә su әrazisinin sәrhәd hәddi boyunca uzanan şaquli düz sәth H.m.-nın sәrhәdi hesab olunur. H.m.-nın hündürlük hәddi müәyyәnlәşdirilmәmişdir. H.m. dövlәtin suverenliyi altındadır vә bu da dövlәtin öz H.m. hüdudlarında tam vә müstәsna hakimiyyәtini bildirir: H.m. hüdudlarında xarici hava gәmilәrinin bütün uçuşları yalnız dövlәtin razılığı ilә (bu razılıq bir qayda olaraq ikitәrәfli, yaxud çoxtәrәfli beynәlxalq sazişdә tәsbit olunur) vә onun müәyyәn etdiyi qanun, qaydalara uyğun olaraq hәyata keçirilә bilәr. Dövlәtin H.m. hüdudlarında olan xarici hava gәmisi bu vә ya digәr dәrәcәdә hәmin dövlәtin yurisdiksiyası altına düşür (pasport, gömrük, sanitar vә digәr qaydalarına riayәt etmәk öhdәliyi vә s.). H.m.-ndan istifadәnin ümumi qaydalarını (H.m.rejimi) hәr dövlәt müstәqil şәkildә müәyyәnlәşdirir. Adәtәn, müәyyәn dövlәtin norma vә qaydaları onun әrazisinә xarici hava gәmilәrinin gәlişi, yola salınması, yaxud qalması, ekipajın, sәrnişinlәrin, baqaj, yük vә poçt daşımalarının hüquqi vәziyyәti mәsәlәlәrini tәnzimlәyir. Dövlәtlәr öz istәyinә uyğun beynәlxalq hava әlaqәsinin hәyata keçirildiyi marşrutları, hava gәmilәrinin uçuşları mәhdudlaşdırılan zonaları vә s.-i tәyin edir, hәmçinin hava әlaqәlәri zamanı istifadәsi mümkün olan hava limanlarını müәyyәnlәşdirir. Lakin dövlәtlәr bu sahәdә öz müәyyәnlәşdirdiyi qaydaların maksimum mümkün eyniliyini saxlamalıdır. H.m.-nın bütün istifadәçilәri ondan bәrabәr istifadә hüquqlarına malikdirlәr. H.m.-ndan eyni zamanda iki vә daha artıq istifadәçinin istifadә etmәsi zәrurәti yarandıqda, H.m.-ndan istifadә hüququ dövlәtin prioritetlәrinә müvafiq olaraq verilir. Azәrb. Resp.-nın әrazisi üzәrindәn hökumәtlәrarası sazişlәrә uyğun ötüb keçәn, habelә onun hava limanlarına vә aerodromlarına uçuşları yerinә yetirәn pilotlu vә pilotsuz uçuş aparatlarının (Azәrb. Resp.-na vә xarici dövlәtlәrә mәxsus) Azәrb. Resp.-nın H.m.-dan istifadә qaydalarını Azәrb. Resp.-nın Nazirlәr Kabinetinin qәbul etdiyi vә Azәrb. Resp.-nın “Aviasiya haqqında” qanununa, Beynәlxalq Mülki Aviasiya Tәşkilatı (İCAO) haqqında Konvensiyaya, habelә onun әlavәlәrinә uyğun hazırlanmış “Azәrbaycan Respublikasının hava mәkanından istifadә Qaydaları” (2013) müәyyәn edir. Azәrb. Resp.-nın H.m.-ndan istifadәnin dövlәt tәnzimlәnmәsi üzrә fәaliyyәtinin hәrbi-mülki koordinasiyasını müәyyәn edәn Azәrb. Resp.-nda hava hәrәkәtinin tәşkili vahid sisteminin ali orqanı Azәrb. Resp.-nın Hava Mәkanından İstifadәnin vә Hava Hәrәkәtinin Tәşkilinin Koordinasiyası üzrә İdarәlәrarası Qrupdur (HMİ vә HHTKİQ). Azәrb. Resp.-nın Dövlәt Mülki Aviasiya Administrasiyası (DMAA) Azәrb. Resp.-nda mülki aviasiya sahәsindә nәzarәti, dövlәt siyasәtini vә tәnzimlәnmәsini hәyata keçirәn icra hakimiyyәti orqanıdır. Azәrb. Resp.-nda hava hәrәkәtinin tәşkili vahid sisteminin operativ orqanı olan Aviasiyanın Hava Hәrәkәtinin İdarә Olunması Mәrkәzi vә Hava Hәrәkәtinin Tәşkili Vahid Sisteminin Baş Mәrkәzi (AHHİOM vә HHTVSBM) H.m.-dan istifadәnin planlaşdırılması vә koordinasiyası, hava hәrәkәtinin tәşkili, H.m.-ndan istifadәyә dair icazә qaydasının tәmin edilmәsi, Azәrb. Resp.-nın H.m. hüdudlarında, elәcә dә hava hәrәkәtinin tәşkilinә görә mәsuliyyәtin Azәrb. Resp.-na hәvalә olunduğu rayonlarda Nazirlәr Kabinetinin qәbul etdiyi Qaydalara riayәt olunmasına nәzarәti hәyata keçirir.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU