Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAVA NƏQLİYYATI 
    HAVA NƏQLİYYATI – hava yolu ilә sәrnişin, poçt vә yük daşıyan nәqliyyat növü. Birinci dünya müharibәsindәn sonra Avropa vә Amerika dövlәtlәrindә meydana gәlmişdir. Fransa vә Almaniyada nәql. növü kimi 1920–21 ildәn inkişafa başlamışdır. H.n.-nın әsas üstünlüklәri yüksәk sürәtli uçuş hesabına vaxta qәnaәt edilmәsi vә tәcrid olunmuş r-nlara yüklәrin daşınmasının (әsasәn, helikopterlә) mümkünlüyüdür. Daşınmaların bahalı olması, hava şәraitindәn asılılıq, yükqaldırma qabiliyyәtinin azlığı H.n.-nın mәnfi cәhәtlәridir. H.n. nәql. aviasiyası müәssisәlәri, aeroportlar (qurğular vә mexaniklәşmә, naviqasiya, rabitә, havada uçuşun idarәedilmәsi vasitәlәri sistemi), mütәxәssislәrin hazırlanması, aviasiya texnikasına xidmәt vә onun tәmiri ilә mәşğul olan müәssisәlәr, tәşkilatlar, idarәlәr şәbәkәsindәn ibarәtdir. Azәrb.-da ilk müntәzәm poçt-sәrnişin hava әlaqәsi 1924 il yanvarın 8-indә Bakı–Tbilisi arasında açılmışdır. 1926 ildә Yevlax vә Şәkidә aerodrom vә uçuş-eniş zolaqları istifadәyә verildi. 1937 ildәn Moskva ilә Bakı arasında müntәzәm uçuşlar başlanmışdır. İkinci dünya müharibәsi illәrindә aviasiya marşrutları, әsasәn, hәrbi mәqsәdlәrlә istifadә olunurdu. 1970–80-ci illәr Azәrb. mülki aviasiyasının inkişafında yeni mәrhәlә olmuşdur. Bu illәrdә Gәncә, Naftalan, Naxçıvan, Zaqatala, Lәnkәran vә Ağdamda “Yak-40” reaktiv tәyyarәlәrini qәbul etmәk imkanı olan, süni örtüklü uçuş-eniş zolaqlarına malik aeroportlar tikilmişdir. Müstәqillik qazandıqdan sonra Azәrb.-ın aviasiya parkı «Boinq-757» tәyyarәlәri ilә genişlәndirilmiş, uçuşların idarә olunma vasitәlәri modernlәşdirilmiş, milli kadrların hazırlanması üçün tәdris müәssisәlәri qurulmuşdur. 2005 ildә Bakı Yük Terminalının tikintisi başa çatdırılmış, növbәti illәrdә Naxçıvanda, Gәncәdә beynәlxalq aeroportlar, Zabrat aeroportunda yeni vağzal binası istismara verilmiş, Heydәr Əliyev Beynәlxalq Aeroportunda otel tikilmişdir. 2008 ildә Lәnkәran vә Zaqatala, 2011 ildә Qәbәlә beynәlxalq aeroportları açılmışdır. 2013 ildә Yevlax aeroportunda yenidәnqurma işlәri başa çatdırılmışdır. 2014 ildә Heydәr Əliyev Beynәlxalq Aeroportunda ildә 6 milyon sәrnişindaşıma gücünә malik yeni aerovağzal kompleksi (sahәsi 65000 m2) açılmışdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU