HAVA PƏRDƏSİ – binanın (yerlәşkәnin) xaricindәki havanın (yaxud texnoloji qurğunun çirklәndirdiyi havanın) qapı vә ya texnoloji açırımlardan yerlәşkәyә daxil olmasının qarşısını almaq üçün yerli ventilyasiya sistemi ilә verilәn istiqamәtlәnmiş hava axını. Əgәr vurulan hava әvvәlcәdәn qızdırılırsa, onda istiqamәtlәnmiş axın hava istilik pәrdәsi adlanır.










