HAVA PROQNOZU – müәyyәn aralıq müddәtdә, müәyyәn rayon vә ya hava mәkanının bir hissәsi üçün gәlәcәk meteoroloji vәziyyәtin tәviri. Qısamüddәtli (bir neçә saatdan 1–3 günәdәk), ortamüddәtli (3 gündәn 10 günәdәk) vә uzunmüddәtli (10 gündәn 30 günәdәk vә daha artıq) olur. X.t.-nın müxtәlif sahәlәri üçün nәzәrdә tutulmuş xüsusi tәyinatlı H.p. vә әhalinin istifadәsi üçün nәzәrdә tutulmuş ümumi tәyinatlı H.p. mövcuddur. X.t.-nın ayrı-ayrı sahәlәrinin işindә çәtinliklәr törәdәn vә onlara zәrәr vuran, hәmçinin әhalinin tәhlükә sizliyini qorxu altına salan tәhlükәli hava hadisәlәri (siklon, tufan, duman, çovğun, güclü külәk, toz fırtınası, ayaz vә s.) dә xüsusi tәyinatlı H.p.-larına daxildir. H.p. sinoptik meteorologiyanın mәlumatları әsasında tәrtib olunur.










