HAVA VAHƏSİ – istehsalat binasının mәhdud hissәsindә digәr hissәlәrinә nisbәtәn yaxşı hava mühiti yaratmaq üçün yerli axınlı ventilyasiya sistemindә quruluş. Hünd. 2 m-әdәk olan arakәsmәlәrlә hüdudlanmış, üst tәrәfi açıq bina hissәsindәn ibarәtdir. Hәmin hissәyә hava kәmәrlәri vasitәsilә tәmizlәnmiş vә istilik-nәmlik emalından keçmiş hava vurulur. Verilәn havanın temp-ru otaqdakı temp-rdan aşağı olur.










