HAVA VİNTİ – uçuş aparatlarının havada hәrәkәti üçün mühәrrikin gücünü vintin dartı qüvvәsinә çevirәn pәrli hәrәkәtverici; radial yerlәşdirilmiş pәrlәrin fırlanması zamanı havanın kәnara qovulmasından dartı qüvvәsi yaranır. H.v.-ndәn istifadә ideyası ilk dәfә 1475 ildә Leonardo da Vinçi tәrәfindәn irәli sürülmüş, dartı qüvvәsi yaratmaq mәqsәdilә ondan ilk dәfә istifadә edәn isә M.V. Lomonosov olmuşdur (1754). H.v. tәyyarә, avtojir, vintqanad, dirijabl vә s. UA-larında, hәmçinin hava yastığı, aerokirşә vә s. aparatlarda quraşdırılır. H.v. mühәrrikin valı üzәrindә yerlәşmiş oymaqdan vә pәrlәrdәn ibarәtdir. Oymaq pәrlәrin bәrkidilmәsi vә mühәrrikin valından burucu momenti ötürmәk üçündür. H.v.-nin әsas işlәk hissәsi pәrdir. Uçuş zamanı irәlilәmә sürәtinin, fırlanmanın xәtti sürәtinin vә vintin işlәmәsindәn yaranan axının әlavә sürәtinin toplanması nәticәsindә hava, pәrin hәr elementar kәsiyinә müәyyәn hücum bucağı istiqamәtindә tәsir göstәrir. Bu vaxt bütün pәrlәrin en kәsiklәrindә yaranan aero dinamik yekun qüvvәsi dartı qüvvәsini vә fırlanmaya müqavimәt göstәrәn qüvvәni tәşkil edir. Sәrf olunan gücün qiymәtindәn asılı olaraq pәrlәrin sayı vә quruluşu müxtәlif olur. Pәrlәrin quraşdırılma üsuluna görә H.v. dәyişilmәz, tәsbit edilmiş vә dәyişәn addımlı vintlәrә ayrılır. Dәyişilmәz addımlı vint, adәtәn, öz oxu әtrafında fırlanmayan iki pәrdәn ibarәtdir. Tәsbit edilmiş addımlı vintin pәrlәri uçuşdan qabaq lazımi bucaq altında quraşdırıla bilәr, lakin iş zamanı onlar çevrilmir (fırlanmır). Dәyişәn addımlı vintin pәrlәrinin qurulma bucağı uçuş zamanı dәyişә bilәr. H.v. konstruksiyasına görә bircәrgәli (tәk), eyni oxlu (ortaqoxlu), ikicәrgәli, halqada yerlәşәn H.v.-li vә vint-ventilyator kimi növlәrә ayrılır. Bircәrgәli H.v.-ndә pәrlәr bir cәrgәdә olur. Eynioxlu H.v. eynioxlu valın üzәrindә bir-birinin ardında yerlәşmiş әks istiqamәtdә fırlanan iki vintdәn ibarәtdir. İkicәrgәli H.v.-ndә eynioxludan fәrqli olaraq bir cәrgәdәki vintlәr eyni istiqamәtdә fırlanırlar. Halqada yerlәşәn H.v.-ndә әlavә dartı qüvvәsi yaratmaq üçün profillәnmiş halqa olur. Vint-ventilyator çoxsaylı enli, nazik qılıncvari pәrlәrinin olması ilә fәrqlәnir. Uçuş aparatlarında yerlәşdiril mәsindәn asılı olaraq H.v. dartıcı vә itәlәyici növlәrә ayrılır. Dartıcı H.v. uçuş aparatında füzelyajın qabaq hissәsindә mühәrrikin önündә, yaxud mühәrrikin qondolasında yerlәşir; vintli tәyyarәlәrin әsas hәrәkәt vericisidir. İtәlәyici H.v. uçuş aparatının füzelyajının quyruq hissәsindә mühәrrikin arxasında, yaxud mühәrrikin qondolasında yerlәşir.










