HAVADA UÇUŞ – havadan yüngül uçuş aparatlarında yerinә yetirilir. Havadan yüngül UA-larına aerostatlar, stratostatlar, raiozondlar, dirijabllar, hibrid UA-lar aiddir. Belә UA-larda ilk uçuş cәhdlәrini 1670 ildә “uçan qayıq” düzәltmiş italyan alimi Françesko de Lana Torsi etmişdir. 1783 ildә fransız ixtiraçıları E. vә J.Mon qolfye qardaşları sonralar monqolfyer adlandırılmış hava şarını hazırladılar. Kәtan parçadan hazırlanan vә hәr iki tәrәfdәn kağız yapışdırılmış aparat 2000 m hünd.-yә qalxmışdı. 1784 ildә fransız gen.-ı J.Menye müasir dirijablların әsas әlamәtlәrinә malik idarәolunan aerostatın layihәsini tәklif etdi. Hәrәkәtverici kimi qondolada yerlәşәn vә ekipajın әzәlә gücü ilә hәrәkәtә gәtirilәn iki әdәd ikipәrli hava vintindәn istifadә olunurdu. Əsasәn, әylәncә mәqsәdli ilk uçuşlardan sonra aerostatlar hәrbi mәqsәdlәrlә dә tәtbiq edildi. 1875 ildә D.İ. Mendeleyev stratostatın yaradılması ideyasını verdi vә onun bәzi konstruktiv hissәlәri nin seçilmәsini әsaslandırdı. O, 1887 ildә hәrbi aerostatda 3 saat 36 dәq uçaraq günәş tutulmasını izlәdi. 1893 ildә alman konstruktoru A.Parzeval kifayәt qәdәr dayanıqlı olan vә güclü külәklәrdә müşahidә aparmağa imkan verәn bağlanan aerostatın konstruksiyasını işlәdi. Dirijablqayırmanın inkişafında metal şpanhout vә stringerlәrdәn gövdәnin sәrt sxemini yaratmış alman konstruktoru F.Seppelinin böyük xidmәti olmuşdur. O, 1900 ildә hәcmi 11,3 min m3, uz. 128 m vә diametri 11,6 m olan ilk sәrt dirijablı (LZ-1) qurmuşdu. Bu tip dirijablların yüksәk texniki sәviyyәsi hәrbi әmәliyyatlarda bombardman üçün, sahilyanı r-nlarda keşik çәkilmәsindә, gәmilәrin mühafizәsindә, sualtı qayıqlarla mübarizәdә, minalanmış sahәlәrin aşkarlanmasında, hәmçinin uzaq sәyahәtlәrin tәşkilindә onların tәtbiqinә imkan verdi. 20 әsrin ilk qәrinәsi (33 ili) yarımsәrt sxemli dirijablların inkişafı ilә әlamәtdardır. Belә tip aparatlar içәrisindә әn böyük uğuru italyan mühәndisi U.Nobilenin hazırladığı “Norge” qazandı (“N-1”, 1923); sonralar onun bazasında İtaliyada “N-2”, “M.R”, “N-4”, Yaponiyada “N-3” vә s. quraşdırıldı. 1926 ildә norveçli qütb tәdqiqatçısı R.Amundsen “N-1”-dә uz. 5300 km olan Şpitsbergen a. – Şimal qütbü – Alyaska marşrutu ilә uçuş hәyata keçirdi. 1929 ildә 105 min m3 hәcm - li LZ-127 “Qraf Seppelin» sәrt dirijablı 21 gün әrzindә üç eniş etmәklә uz. 35 min km olan ilk dövr-alәm uçuşunu başa çatdırdı. Dirijabl 10 il istismar edilmiş, bu dövrdә 17 min saat uçuş hәyata keçirmiş, 13 min sәrnişin daşınmışdır. Sonralar Almaniyada hәcmi 217 m3, uz. 247,8 m, diametri 41,2 m olan daha sürәtli vә rahat “Hindenburq” dirijablı qurulmuşdu. Hәcmi 217 m3 olan, 100 t-adәk yük götürәn sәrnişin, nәql. vә hәrbi dirijablların quraşdırıldığı 20 әsrin ortaları aerostatik UA-ların inkişafının vüsәt aldığı dövrdür. Mәs., ABŞ-da HDD üçün hәcmi 209 min m3 olan “Akron” vә “Mekon” hava aviasiya daşıyıcıları yaradılmışdır. Hәr bir diri jablın gövdәsinin daxilindә yerlәşәn 5 tәyyarә xüsusi ştanqın kömәyilә start götürür, uçuşu hәyata keçirdikdәn sonra yenidәn geri qayıda bilirdi. Tәkmillәşdirilmiş, hәcmi 27,6 min m3 olan ZPG-2W dirijablı hava vә dәniz hәdәflәrini aşkarlamaq üçün iki radarla tәchiz edilmişdi; uçuşların birindә 15 min km mәsafә qәt edәrәk 264 saat havada olmuşdu. 1980-ci illәrin әvvәllәrindә enerji böhranı, hәrbi-siyasi vә sosial-iqtisadi mәsәlәlәrin hәlli ilә bağlı olaraq, hәmçinin elm vә texnikanın inkişafı (materiallar texnologiyası, mühәrrikqayırma, elektronika vә idarә etmә sistemlәri, hesablama texnikası vә s.) ilә әlaqәdar dirijablların istifadәsinә maraq göstәrildi. 21 әsrin әvvәllәrindә uzun müddәt yüksәk hündürlüklәrdә (17–22 km) fәaliyyәt göstәrәn, kommunikasiya rabitәsi, meteoroloji xidmәt, monitorinq vә s.-ni hәyata keçirә bilәn pilotsuz stratosfer dirijabllarına (stratosfer platforma) maraq artmışdır. Yeni nәsil aerostatik UA-ları elmi tәdqiqatlar vә hәrbi mәqsәdlәrlә, mәsafәdәn zondlama, müxtәlif yüksәkdәqiqlikli cihazlarla ölçmәlәr aparmaq, monitorinq, keşik çәkmә, mühafizә vә s. üçün sәmәrәli istifadәdә geniş perspektivә malikdir.

“Seppelin NT” yarımsәrt dirijablı (Almaniya).










