HAVAHAZIRLAMA – havaya texnoloji vә sanitar-gigiyenik tәlәblәrә cavab verәn keyfiyyәtlәr vermәk üçün onun işlәnmәsi. Müxtәlif (istehsalat, mәişәt, yaşayış, inzibati) yerlәşkәlәr, nәql. vasitәlәri (çay vә dәniz gәmilәri, tәyyarәlәr, d.y. vaqonları), kosmik UA-ları vә s.-nin ventilyasiya, hava ilә isitmә, havanın kondisiyalaşdırılması sistemlәrindә tәtbiq edilir. İstehsalat binalarından xaric edilәn çirklәnmiş havada atm.-ә buraxılmamışdan әvvәl H.-dan keçirilir. Havanın tozdan, xırda dispers aerozollardan, mikroorqanizmlәrdәn (bakteriyalar, viruslar), qaz qarışıqlarından, qoxulardan tәmizlәnmәsi; havanın qızdırılması vә ya soyudulması; nәmlәndirilmәsi, yaxud qurudulması, bәzi hallarda oksigen vә әtirli maddәlәrin әlavә edilmәsi H.-ya daxildir. Havanın emalı xüsusi ventilyasiya qurğularında, kamera vә ya kondisionerlәrdә aparılır. H. sisteminin әsas elementlәrindәn biri olan h a v a s ü z g ә c l ә r i yerlәşkәyә verilәn, yaxud texnoloji prosesdә istifadә edilәn havanın tәmizlәnmәsi üçündür. Bütün süzgәclәrin әsasını müxtәlif diametrli, tәrkibli (şüşә, sintetik, sellüloz vә s.) vә strukturlu liflәrin xaotik yerlәşdiyi tәbәqә tәşkil edir. Tәmizlәmә effektivliyinә (süzmә qabiliyyәtinә) görә süzgәclәr 17 sinifә, onlarda öz növbәsindә 4 qrupa bölünür: kobud tәmizlәmә süzgәclәri (G1–G4 siniflәri); zәrif tәmizlәmә (F5–F9 siniflәri); yüksәkeffektli (H10–H14) vә ya HEPA süzgәclәri; çoxyüksәk effektli (U15–U17), yaxud UPLA süzgәclәri. Tәmizlәmәnin effektivliyi saxlanılan hissәciklәrin ölçüsü ilә qiymәtlәndirilir. Mәs., әn kobud tәmizlәmә süzgәclәri (G2–G3) 7–10 mkm-dәn böyük tozu, H13 HEPA sinifindәn olan süzgәclәr isә 0,1–0,3 mkm ölçülü hissәciklәrin 99,95%-ini tutur. Tәtbiq edilәn süzgәcin sinifi havanın tәmizliyinә olan tәlәblәrdәn asılıdır. Mәs., müәssisәlәrin quraşdırmaqaynaq sexlәrinә verilәn hava üçün yalnız G3–G4 kobud tәmizlәmә süzgәclәrindәn istifadә oluna bilәr ki, onlar da havanın lazımi tәmizliyini tәmin edir vә ventilyasiya qurğularını çirklәnmәdәn qoruyur. Daha yüksәk tәlәblәr zamanı, mәs., beşul duzlu mehmanxanalarda, kobud tәmizlәmә süzgәclәrindәn başqa (1-ci mәrhәlә), F7–F8 sinif (2-ci mәrhәlә) süzgәclәrdә quraşdırılır. Havanın tamamilә toz vә mikroorqanizmlәrdәn tәmizlәnmәsi üçün (mәs., cәrrahiyyә otaqlarında) әvvәlki iki mәrhәlәdәn әlavә olaraq H13–H14 sinif HEPAsüzgәclәrdә qoyulur. Nәhayәt havanın olduqca yüksәk tәmizliyi tәlәb olunan hallarda (mәs., mikroelektronikada presizion texnologiyaları) 4 mәrhәlәli tәmizlәnmә tәtbiq edilir; sonuncu mәrhәlә kimi U15–U17 sinif süzgәclәrdәn istifadә olunur.










