HAVANA UNİVERSİTETİ (isp. Universidad de La Habana) – Kubanın paytaxtı Havana ş.-ndә yerlәşir. Qәrb yarımkürәsindә yaranan ilk un-tlәrdәn biridir. Əsası 1728 ildә qoyulmuşdur. Un-tdә 14 fakültә (biologiya; әczaçılıq vә yeyinti mәhsulları; fizika; coğrafiya; riyaziyyat vә kompüter elmlәri; psixologiya; kimya; incәsәnәt vә әdәbiyyat; kommunikasiya; hüquq; fәlsәfә vә tarix; iqtisadiyyat; turizm; mühasibat uçotu vә maliyyә) fәaliyyәt göstәrir, 25 ixtisas üzrә 60 min tәlәbә tәhsil alır (2019). Un-tdә hәmçinin distant tәhsil xidmәti var (2017).










