HAVA-REAKTİV MÜHƏRRİKİ (HRM) – maye yanacağı alışdırmaq üçün atm. havasının oksigenindәn istifadә edәn reaktiv mühәrrik; mühәrrikin dartı qüvvәsi işçi qazın ucluqdan axması nәticәsindә yaranır. HRM-in müxtәlif sxemlәrinin yaranma ideyası 19 әsrin sonu 20 әsrin әvvәllәrindә irәli sürüldü. 1930-cu illәrdә düzaxınlı, motokompressorlu HRM-in vә turbin-re aktiv mühәrrikinin sınaq nümunәlәri yaranmağa başladı. 1942 ildә B. Britaniyada, Almaniyada turbin-reaktiv mühәrrikli ilk hәrbi tәyyarә meydana gәldi, 1950-ci illәrdәn başlayaraq HRM tәyyarәlәrin әsas tipli mühәrriki oldu. HRM-in termodinamik tsiklinә atm.-dәn götürülәn havanın sıxılması, istiliyin verilmәsi (bir, yaxud çoxdәfәli) vә qızdrılmış qazın atm. tәzyiqinә qәdәr genişlәnmәsi proseslәri daxildir. HRM-dәn uçuş aparatlarında (tәyyarә, helikopter, pilotsuz uçuş aparatları) istifadә edilir. Havanın sıxılması üsuluna görә HRM kompressorlu vә kompressorsuz olur. Kompressorlu HRM-dә havanın sıxılması havayığıcıda, daha sonra qaz turbini ilә fırlanan mexaniki kompressorla yerinә yetirilir. Kompressorsuz HRM-dә havanın sıxılması ancaq qarşıdan gәlәn hava axınının sürәt basqısının hesabına baş verir. Yanacağın alışma prosesinin xüsusiyyәtinә görә belә HRM düzaxınlı (DHRM) vә pulsasiya edәn (PHRM) növlәrә ayrılır. DHRM-dә alışdırma prosesi qaz sabit tәzyiqdә olarkәn, PHRM-dә isә sabit tәzyiqdә, yaxud yarımqapalı hәcmdә gedir. DHRM-dәn fәrqli olaraq PHRM yanma kamerasını giriş hissәdәn ayıran (yanacağın yanma müddәtindә) xüsusi klapanlarla tәchiz edilmişdir; ona görә yanma prosesi qeyri-müntәzәm (döyünәn) xarakterli olur. PHRM-li uçuş aparatlarının sürәti 1000 km/saat-a qәdәrdir. DHRM 3000 km/saat vә daha yüksәk sürәtlәrdә effektiv işlәyә bilәr.










