HAVÁY SİLSİLƏSİ – Sakit okeanın şm.-ın da iri sualtı silsilә. Şm.-q.-dәn c.-ş.-ә 5000 km mәsafәdә uzanır; eni 750 km-әdәk, dabanının dәrinliyi tәqr. 5500 m-dir. Şimal-Qәrb vә Şimal-Şәrq çuxurlarını ayırır. Silsilәnin әsas hissәsini okean tipli Yer qabığının tağ qalxımı tәşkil edir; qalxımın ox zonası boyu sәthi mәrcanlarla örtülmüş vulkanik dağlar, c.-ş.-dә fәal vulkanizmin mәhsulu – Havay adaları yerlәşir. Şm.-q. istiqamәtdә dağların hünd. azalır, onları tәşkil edәn bazaltların yaşı isә Eosenәdәk artır (42 mln. il). Bu fakt 1960–70-ci illәrdә qaynar nöqtә fәrziyyәsinin formalaşmasına imkan yaratdı.










