HAVAYASTIQLI GƏMİ – gövdәsinin altında yaradılan sıxılmış hava tәbәqәsinә (hava yastığına) söykәnmәklә hәrәkәt edәn gәmi. 1716 ildә İsveç alimi E.Svedenborq qübbәvarı gövdәsinә altdan hava vurulmaqla su sәthi üzәrindә dayana bilәn gәmi konstruksiyası tәklif etmişdir. Gәmi gövdәsinin sudan aralanması suyun gәminin hәrәkәtinә olan müqavimәtini azaltmağa vә sürәti artırmağa imkan verir. Hәrәkәt zamanı gövdәsi (skeqi – bort divarı) qismәn suya dalan skeqli vә gövdәsi sudan tam aralanan amfibiya H.g.-lәrә ayrılır. Skeqli gәmilәr yalnız su sәthi üzrә hәrәkәt edә bilir; hidroreaktiv hәrәkәt vericilәrdәn – adәtәn, suatanlardan istifadә edir; әsasәn, daxili su yollarında 35–60 km/saat sürәtlә üzür. Amfibiya H.g.-lәrin gövdәsinin bütün perimetri boyunca elastik hüdudları olan havayastığı yerlәşdiyindәn istәnilәn sәthdә hәrәkәt edir, çox hündür olmayan maneәlәri keçә bilir. Bu gәmilәrdә hәrәkәtverici kimi hava vintlәrindәn istifadә olunur. Sürәti skeqli gәmilәrә nisbәtәn yüksәkdir, hәm çaylarda, hәm dә dәnizlәr dә üzür (dalğaların hünd. 3,6 m-әdәk olan hallarda da istismar oluna bilir).

ABŞ HDQ-nin LCAC-33 havayastıqlı desant gәmisi.










