Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İCARƏDAR)
    HÜSEYNZADƏ Mehdi Hәnifә oğlu 
    HÜSEYNZADƏ Mehdi Hәnifә oğlu (partizan tәxәllüsü M i x a y l o; 22.12.1918, Bakının Novxanı k. – 2.11.1944, Sloveniya, Vitovle k.) – Yuqoslaviyada vә Şimali İtaliyada Müqavimәt hәrәkatının iştirakçısı, partizan. Sovet İttifaqı Qәhrәmanı (ölümündәn sonra, 11.4.1957), leytenant. Azәrb. Dövlәt Rәssamlıq Texnikumunu bitirmiş (1936), Leninqrad Xarici Dillәr İn-tunda vә Azәrb. Dövlәt Pedaqoji İn-tunda oxumuşdur. 1941 ildә sovet ordusuna çağırılmış, Tbilisidә piyada hәrbi mәktәbini qurtarmışdır (1942). Hәmin ilin iyulunda Stalinqrad әtrafındakı döyüşlәrdә iştirak etmiş, avqustda Kalaç ş. yaxınlığında ağır yaralanmış vә әsir düşmüşdür. Ukrayna, Polşa, İtaliya vә Yuqoslaviyada hәrbi әsir düşәrgәlәrindә olmuş, Yuqoslaviyada әsirlәrin qaçmasında mühüm rol oynamış, gizli tәşkilat yaratmışdır. 1944 ilin fevralında bir dәstә yoldaşı ilә әsirlikdәn qaçmış vә Yuqoslaviya partizanlarına qoşulmuşdur. H. partizan hәrәkatında fәal iştirak etmiş vә hitlerçilәrә qarşı mübarizәdә cәsurluğu ilә әfsanәvi şöhrәt qazanmışdı. O, faşist zabiti formasında partizanlara lazım olan kәşfiyyat mәlumatlarını toplamış, çoxlu düşmәn qәrargahı, körpülәr, hәrbi eşelonlar, döyüş sursatı ambarları vә s. partladılmasında, hәrbi әsirlәrin azad edilmәsindә iştirak etmişdir. H. Yuqoslaviya Xalq Azadlıq Ordusu 9-cu Sloveniya korpusunun qәrargahı nәzdindә kәşfiyyat-tәxribatçı qrupunu yaratmış vә onun başçısı olmuşdur. Faşistlәr H.-nin başına 400 min lirә mükafat tәyin etmişdilәr. Növbәti tapşırığı yerinә yetirib geri qayıdarkәn faşistlәrlә üz-üzә gәlmiş, qeyri-bәrabәr döyüşdә xeyli düşmәn qırmış vә әlә keçmәsin deyә son güllәsi ilә özünü vurmuşdur. Əvvәl Vitovle, sonra isә Çepovan k.-ndә dәfn olunmuşdur. H.-nin istedadla çәkilmiş rәsm әsәrlәri var. Vәtәn mәhәbbәtini tәrәnnüm edәn lirik şeirlәr dә yazmışdır. Adına qәsәbә, mәktәb, küçә, gәmi vә s. var. Bakıda (1973, heykәltәraş F.Əbdürrəhmanov) vә Novxanı k.-ndә (2007) H.-nin heykәli ucaldılmış, Sloveniyanın Şempas k.-ndә büstü qoyulmuş (2007, heykәltәraş A.Əsgәrov,), Çepovan k.-ndә memorial kompleksi (2013), Maribor ş.-ndә abidәsi (2017) açılmışdır. H.-yә İ.Qasımovun vә H.Seyidbәylinin “Uzaq sahillәrdә” povesti (1953), Sloveniya yazıçısı P.Ameliyettinin “Mixaylonun tәkbaşına qisası” romanı (2012), çoxlu şeir, hekayә, poema, oçerk vә s. hәsr olunmuş, qәhrәmanlığından bәhs edәn “Uzaq sahillәrdә” bәdii filmi (1958, rej. T.Tağızadә), “Uzaq sahillәrin әfsanәsi” (2002), “Tәxәllüsü Mixaylo” (2008) vә “9-cu korpus” (2012) sәnәdli filmlәri çәkilmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İCARƏDAR