Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAVR
    HAVR (Le Havre) – Fransanın şm.-q.-indә, Dәnizkәnarı Sena dep-tindә şәhәr. Əh. 170 min (2018). Sena çayı mәnsәbindә ölkәnin konteyner daşımaları üzrә әn iri (İFE 1,72 mln. konteyner, 2002) vә yük dövriyyәsi (68 mln. t, 2002) üzrә ikinci portu. Mühüm nәql. qovşağı. Aeroport. 1517 ildә balıqçı qәsәbәsi yerindә salınmış vә kral I Fransiskin şәrәfinә Fransiskopolis adlandırılmışdır. Sonralar adı dәyişdirilәrәk Havr-de Qras (fr. havre – “liman” sözündәn) olmuşdur. 1524 ildә H.-da tәrsanә, 1541 ildә qala tikilmişdir. 17 әsrdә Fransanın Vest-Hind, Seneqal vә Qvineya şirkәtlәri H. vasitәsilә ticarәt aparırdılar. Yeddiillik müharibәnin (1756–63) gedişindә ingilislәrin hücumuna mәruz qalmışdır. Transatlantika ticarәtinin vә sәrnişin daşımalarının inkişafı 19 әsrin ikinci yarısında şәhәrin vә portun surәtlә böyümәsinә sәbәb olmuşdur.
    Havr şәhәrindәn görünüş.
    1944 ildә ABŞ–Britaniya aviasiyasının bombardmanı nәticәsindә güclü dağıntılara mәruz qalmışdır. Köhnә şәhәrin tikililәrindәn Notr-Dam (1574–1638, memar N.Düşmen; zәng qüllәsi portalının bir hissәsi – 1536), Sen-Fransua (16–17 әsrlәr) kilsәlәri; Hotel (1676 – 1727) saxlanılmışdır. Müasir H.-ın hüdudlarında Qravil-Sent-Onorin abbatlığı (11–14 әsrlәr kilsәsi; hazırda orta әsrlәr heykәltәraşlığı vә arxeologiya muzeyi, 1926 ildә yaradılmışdır), İnquvildә Sen-Mişel kilsәsi (15 әsrin sonu), köhnә Turnevil vә Sent-Andres istehkamları qalır. 1947–56 illәrdә O.Perrenin layihәsi әsasında şәhәr, demәk olar ki, yeni memarlıq dominantları [Ratuşa binası (1952–58, memarlar Perre, J.Turnan), “Okean qapıları” ansamblı (1949–56, memarlar J. Puarye, A. Erman), “Cәnub dәniz fasadı”nın binaları (1952–56), Sen-Jozef kilsәsi (1949–56, memarlar O.Perre, R.Odijye; hünd. 106 m olan zәng qüllәsindә mayak)] ilә tamamilә yenidәn tikilmişdir. Şәhәrin digәr görmәli yerlәri: “Vulkan” kompleksi (1982, memar O. Nimeyer; burada Milli mәdәniyyәt mәrkәzi yerlәşir), Normandiya körpüsü (1988– 94; 1995 ildә açılışı olmuşdur). H.-ın mәrkәzi hissәsindәki tikililәr müharibәdәn - sonrakı memarlıq vә şәhәrsalma abidәsi kimi Ümumdünya irsi siyahısına daxil edilmişdir (2005). Roman kilsәsi (1052–67) ilә birlikdә Jümyej abbatlığının xarabalıqları, Tankarvil qәsri (әsası 11 әsrdә qoyulmuşdur), qotik üslubda Müq. Üçüqnum bazilikası (1168–1219) vә Fekandakı benediktçi abbatlığının Renessans dövrünә aid sarayı H. yaxınlığında yerlәşir. Gәmiqayırma, neft emalı, kimya, sement, әlvan metallurgiya, yeyinti vә pambıq parça sәnayesi inkişaf etmişdir. Şәhәrin port funksiyaları (yük dövriyyәsinin 4/5-ünü neft tәşkil edir) sәnayenin ixtisaslaşmasını müәyyәn edir. Neft-emalı, neft kimya (“Total”, “Exxon”, “Shell”), gәmiqayırma (“Ateliers et chantiers”, avtomobil (“Renault Sandouville”) vә aviasiya (“EADS Revima”, “Aircelle”) sәnayesi inkişaf etmişdir; sement (“Lafarge”) istehsal edilir. Sәnayenin әn mühüm sektoru neft-kimya sahәsidir: kimya sәnayesinin әn iri müәssisәlәri kommunalarda (Montivilliersda –“Total S.A.”, “Yara”, “Chevron Oronite SA”, “Lanxess”; Sandovildә – “Goodyear Chemicals Europe”) yerlәşir. H. Marseldәn sonra Fransanın ikinci әn iri portudur (tәqr. 16 min nәfәr çalışır); yük dövriyyәsi ildә tәqr. 50 mln. t tәşkil edir. H. portu Fransanın ümumi konteryner daşımalarının 60%-ini hәyata keçirir (2,2 mln. İFE; 2011). Avropada konteyner daşımalarının hәcminә görә 8-ci, ümumi daşımaların hәcminә görә isә 6-cı yerdәdir. Xidmәt sferası, әsasәn, port әmәliyyatları ilә (gәmi sahib karlığı, dәniz sığortası) әlaqәlidir. “Groupama Transport”, “Delmas” (nәql. vә rabitә) vә “SPB” (sığorta şirkәti; 500 nәfәr çalışır) şirkәtlәrinin baş ofislәri burada yerlәşir.
     
    Havr. Notr-Dam kafedral kilsәsi.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU