HAVYA – metalları lehimlәmәk üçün işlәdilәn әl alәti. Birlәşdirilәn detalların, flüslәrin qızdırılması, lehimlәrin әridilmәsi vә onun kontakt yerinә daxil olması üçün lehimlәmә vә qalaylama işlәrindә tәtbiq edilir. H.-nın misdәn olan işlәk hissәsi xarici istilik mәnbәyi (mәs., lehimlәmә lampasının alovu), әsasәn dә elektrik cәrәyanı (elektrik H.-sı) ilә qızdırılır. Ultrasәs H.-sı da tәtbiq edilir: burada qızdırılmış milin rәqslәri lehimlәnәcәk metal sәthindә әridilmiş lehim qatı altındakı oksid pәrdәsini dağıdır. Belә H. ilә flüssüz lehimlәmә aparmaq olar.










