HAVZOVA – Azәrb. Resp.-nın Lәnkәran r-nunda kәnd. Havzova ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 15 km şm.-q-dә, Burovar silsilәsinin әtәyindәdir. Əh. 2447 (2020); çayçılıq, sitrus meyvәçiliyi, arıçılıq vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, kitabxana, sәnәtkәrlıq evi, poçt, tibb mәntәqәsi; arxeoloji abidәlәrdәn 14–18 әsrlәrә aid kәnd yeri, memarlıq abidәlәrindәn mәscid (20 әsr) var.










