Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAYDALAR
    HAYDALAR (özlәrini h a d e, h a d a y, h a d e q a y adlandırırlar) – Kanadanın q.- indә (Britaniya Kolumbiyası әyalәti, Hayda-Quay arxipelaqı) vә Alyaska ştatının c.-unda (ABŞ, Aleksandr arxipelaqı) hindi xalqı. Cәnubi H.-a (Qreyam a.-nın c.- ş.-indә, Skidegit qәs.-n dә vә Skidegit buxtasının qonşu adalarında 710 nәfәr, 2011), şimali H.-a (Qreyam a.-nın şm.-ş.- indә, Masset, Neyden vә Hassen buxtaları rayonunda 615 nәfәr) vә kayqanilәrә (Alyaskada, Uels şahzadәsi a.-nda 1,4 min nәfәr, 2010; tәqr. 200 nәfәr kayqani H.-ı tlinkitlәrlә birlikdә Cuno ş.-ndә yaşayır) bölünürlәr; H.-ın bir qismi şәhәrlәrdә (Sietl vә s.) yaşayır. Əsasәn, ingiliscә danışırlar, 24 nәfәr hayda dilini saxlamışdır. Dindarları, әsasәn, xristiandır. 18 әsrin sonlarında sayları, ehtimal ki, tәqr. 14 min nәfәr idi. Kraliça Şarlotta (indiki Hayda-Quay) a-rında mәskunlaşmışdılar; hәmin әsrdә H.-ın bir qismi Uels şahzadәsi a.-na köçmüşdür. Ənәnәvi mәdәniyyәtlәri Şimali Amerikanın şm.-q. sahilihin dilәri üçün sәciyyәvidir. Balıqçılıqla (әsasәn, paltus), dәniz vә quruda ovçuluqla, yığıcılıqla (siyәnәk balığı kürüsü ilә yosun vә s.) mәşğul olurdular. Ağac üzәrindә oyma, küknar budaqlarından vә sidr ağacının qabığından sәbәttoxuma inkişaf etmişdir; tayfalararası ticarәtin әsas predmeti qırmızı sidr ağacından oyulmuş qayıqlar idi. 20 qış qәsәbәsindә yaşayırdılar. Qohumluğu ana xәtti üzrә hesablanan 40-dan çox linic Quzğun vә Qartal fratriyalarında birlәşirdi. Linic ov yerlәrinә vә yaşayış mәskәninin yerlәşdiyi torpağa malik idi, nәsli mülkiyyәti linicin başçısı idarә edirdi. Linicin totem emblemlәri (әsasәn, zoomorf), әfsanәlәri, nәğmәlәri vә rәqslәri vardır. Totem emblemlәri hәmçinin fәrdin linicdәki vәziyyәtinin göstәricisi idi. Liniclәrdәn formalaşan icma iri evlәrdә yaşayan böyükailәli tәsәrrüfatlardan ibarәt idi. Krosskuzen nikah, levirat vә sororat mövcud olmuşdur. Əyanlara (yahid), sıravi icmaçılara vә qullara bölünürdülәr, ictimai tәbәqәlәşmә inkişaf etmişdir. Mifologiyası zәngindir. Avropalılarla әlaqәlәri 1774 ildәn başlanmışdı. Kartofun becәrilmәsini (o cümlәdәn satış üçün) mәnimsәmişdilәr. 19 әsrdәn qızıl vә gümüşdәn bәzәk әşyaları, sәdәf düymәlәrlә naxış salınmış çiyinliklәr, satış üçün argillitdәn mәmulatlar düzәldirdilәr. 1862 ildә H.-ın 80%-indәn çoxu çiçәk epidemiyasından hәlak olmuşdur. Müasir H. qismәn әnәnәvi mәşğuliyyәtlәrini, sosial quruluş qalıqlarını saxlayır vә mәdәni әnәnәlәrini dirçәltmәyә çalışırlar. ABŞ-da tlinkitlәrlә birgә “Alyaskanın yerli xalqları qardaşlığı”nın yaradılmasında iştirak etmiş, Kanadada “Britaniya Kolumbiyasının yerli xalqları qardaşlığı”na daxildirlәr. 1974 ildә cәnubi vә şimali H. Hayda millәtinin şurasını yaratmışlar.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU