Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HÁYDEGGER
    HÁYDEGGER (Heidegger) Martin (26.9. 1889, Şvarsvald yaxınlığında Meskirx – 26.5.1976, Frayburq-im-Brayzqau) – alman filosofu. 1909–13 illәrdә Frayburq Un-tindә tәhsil almışdır. “Psixologizmdә mülahizә haqqında tәlim” (“Die Lehre vom Urteil im Psychologismus”, 1914), “Duns Skotun kateqoriyalar vә mәna haqqında tәlimi” (“Die Kategorien und Bedeu-tungslehre des Duns Scotus”, 1916) dissertasiyalarını müdafiә etmişdir. 1919–22 illәrdә Frayburqda E. Husserlin assistenti, 1923–28 illәrdә Marburq Un-tindә ekstraordinar prof., 1928 ildәn Frayburqda ordinar prof. (Husserldәn sonra) olmuşdur. Bu illәrdә ona geniş şöhrәt qazandıran “Varlıq vә zaman” (“Sein und Zeit”, 1927), hәmçinin “Metafizika nәdir?” (Was ist Metaphysik?”, 1929), “Kant vә metafizika problemi” (“Kant und das Problem der Metaphysik, 1929), “Mövcudluq haqqında” (“Vom Wesen des Grundes”, 1929) әsәrlәri nәşr olunmuşdur. 1933–34 illәrdә 10 ay müddәtindә Frayburq Un-tinin rektoru vәzifәsindә çalışmış, hәyatının bu dövrü gәlәcәkdә onun nasional-sosializmlә әlaqәlәrinin olması haqqında mübahisәlәrin yaranmasına rәvac vermişdir (1945 ildә işğalçı hakimiyyәt H.-in tәdris sahәsindә fәaliyyәtinә qadağa qoymuş vә bu qadağa 1951 ilәdәk davam etmişdir). Müharibәdәn sonrakı illәrdә “Hәqiqәt haqqında Platon tәlimi. Humanizm haqqında mәktub” (“Platons Lehre von der Wahrheit. Brief überden Humanismus”, 1947), “Keçilmәmiş cığırlar” (“Holzwege”, 1950), “Mühazirәlәr vә mәqalәlәr” (“Vorträge und Aufsätze”, 1954), “Dilә doğru yolda” (“Unterwegs zur Sprache”, 1959), “Texnika vә dönüş” (“Die Technik und Kehre”, 1962), “Yol mәrhәlәlәri” (“Wegmarken”, 1967) әsәrlәri nәşr olunmuşdur. H.-in erkәn dövr dünyagörüşündә üç fәlsәfi cәrәyan birlikdә çıxış edir: E.Husserlin mәntiqi-metafizik problematikaya istiqamәtlәnmiş fenomenologiyası, V.Dilteyin hәyat fәlsәfәsi vә protestant dialektik teologiyasının ayrı-ayrı motivlәri. H. ilk әsәrlәrindә Husserlin “şeylәrin özünә doğru” istiqamәtlәnmә göstәrişini yenidәn nәzәrdәn keçirәrәk, şeylәrin varlığını gündәlik (“faktiki”) hәyat kontekstindә tәdqiq edәn fenomenoloji ontologiyanı inkişaf etdirirdi. H. üçün әsas olan “varlığın mәnası” haqqında sual F. Brentanonun “Aristoteldә mövcudolanın müxtәlif mәnaları haqqında” әsәrinin tәsirilә meydana gәlmişdir. “Varlıq vә zaman” әsәrindә (әvvәlcәdәn planlaşdırılmış altı fәslindәn yalnız ikisi nәşr olunmuşdur) bu mәna varlıq haqqında sual qoymaq qabiliyyәtinә malik mövcudolanın aydınlaşdırılması ilә açılır; hәmin mövcudolan isә “biz özümüzük”. Öz varlığı haqqında sual qoyan “insan adlı mövcudu” H. Dasein [΄da: zain] (“buvarlıq”, “burda-varlıq”), yәni öz varlığı özünә bilavasitә aşkarlanmış (H. bunu S. Kyerkeqordan әxz etdiyi “ekzistensiya” termini ilә ifadә edir vә orta әsrlәr sxolastikasından fәrqli olaraq, mövcudiyyәtin mahiyyәtdәn öncә gәldiyini tәsdiq edir) mövcud adlandırır. Dasein “mәnә mәxsus olan” varlıqdır (“Jemeinigkeit”), yәni burada ümumi şәkildә insanlıq nәzәrdә tutulmur. İnsandan başqa heç bir mövcud özünün sonlu olduğunu bilmir, buna görә dә zamanlılıq insandan başqa heç bir mövcudolana mәlum deyil. “Bu-varlığ”ın öz sonuna doğru istiqamәtlәnmәsi onu “ölümә doğru-varlıq” kimi sәciyyәlәndirir vә insan mövcudiyyәtinin ilkin zamanlılığı ilә şәrtlәnir: o, zaman daxilindә cәrәyan etmir, özü zamandan ibarәt olub, varlığın әn mühüm xarakteristikası kimi üzә çıxır. H. xalis varlığı hansısa zamandankәnar bir şey kimi nәzәrdәn keçirәn Avropa fәlsәfә әnәnәsinә yeni mәna qazandırmağa çalışır. Varlığın bu cür “qeyri-hәqiqi” anlaşılmasının sәbәbini H. hәqiqi zamanın sanki dağılaraq ardıcıl “indi” mәqamları silsilәsinә, fiziki (H.-ә görә, “vulqar”) zamana çevrilmәsi fonunda zamanın mәqamlarından birinin – indinin, “әbәdi mövcudolma”nın mütlәqlәşdirilmәsindә görürdü. H. “bu-varlığ”ın fundamental konstitusiyasını “alәmdә-varlıq” – insan vә alәmin varlığını ehtiva edәn vә subyekt-obyekt әksliyinә münasibәtdә ontoloji cәhәtdәn ilkin olan vahid fenomen kimi müәyyәnlәşdirir. Filosof Avropa fәlsәfәsinin başlıca qüsurunu onun varlıqla mövcudolanı (substansiyanı, materiyanı vә s.) eynilәşdirmәsindә görürdü: varlıq hәmişә hansısa mövcudun varlığı olsa da, o özü hansısa alәmdaxili mövcuda müncәr edilә bilmәz. “Buvarlığ”ın ümumi sәciyyәlәnmәsindә hәr üç zamanın – keçmişin (“varlıq-hәmişә-artıqalәmdәdir”), gәlәcәyin (“irәli-getmә”) vә indinin (“varlıq-bu zaman) modusu vәhdәt halındadır. Bu zaman moduslarından hәr biri keyfiyyәt sәciyyәsi qazanır: keçmişin modusu “faktiklik”, yaxud “atılmışlıq” (Geworfenheit); indiki zaman “düşkünlük”, “mәhkum olma” (şeylәrә) (Verfallenheit); gәlәcәyin modusu “layihә”dir (Entwurf). Gәlәcәyin modusu H.-da xüsusi mәna daşıyır, çünki zaman gәlәcәkdәn “zaman alır”. H.-ә görә, diqqәti mәhz gәlәcәyә yönәltmәk şәxsiyyәtә hәqiqi mövcudluğu bәxş edir, indiki zamanın üstünlük qazanması isә onunla nәticәlәnir ki, gündәlik hәyat dünyası insan üçün sonlu olmanın qarşısını kәsir: “bir-birilә açıq varlıq”da o, hәmişә “başqaları kimi”, “qәbul olunmuş kimi” hәrәkәt edәrәk, bir “kimsә” kimi mövcud olur (das Man – substansivlәşdirilmiş qeyri-müәyyәn şәxs әvәzliyi). Bu halda gәlәcәyin özü insan üçün sonsuz davamlılıq kimi çıxış edir, yәni qeyrihәqiqi olur. Mövcudluğun başqa yolu şәxsi (“mәnim”) varlıq yoludur ki, bu zaman “bu-varlıq” “vicdanın sәsi”nә qulaq asaraq, “qәtiyyәtlә” müstәqil şәkildә seçim edir vә mövcudluq üçün mәsuliyyәti öz üzәrinә götürür. Qorxu hәqiqi varlığa çağırış rolunda çıxış edir, lakin bu, “empirik” qorxu (Furcht) deyil, qeyri-müәyyәn, sәbәbsiz qorxu-qüssә, qorxu-hәsrәtdir (Angst). İnsan hәmin qorxunun mәnbәyinә – “heçliyә”, “ölümә” baxmağa cürәt etmәyәnәdәk vә bununla da öz varlığının hәqiqi anlamını başa düşmәyәnәdәk bu qorxunu dәf etmәk üçün göstәrdiyi bütün cәhdlәr әbәs olacaq. “Qorxu”, “qәtiyyәt”, “vicdan”, “tәqsir”, “qayğı” vә s. bu kimi anlayışlar H.-dә öz tәkrarsızlığını, yeganәliyini vә ölәriliyini hiss edәn şәxsiyyәtin mәnәvi tәcrübәsini ifadә edir. 1930-cu illәrin ortalarından H.-in tәfәkküründә “dönüş” (Kehre) baş verir. O, artıq “varlıq hәqiqәti”ni sual qoyan “buvarlıq” nöqteyi-nәzәrindәn deyil, varlığın özündәn çıxış edәrәk nәzәrdәn keçirir. Cahanşümul “hadisәlәr”in (Ereignis) baş vermәsi, onların özlәrini insana müxtәlif cür aşkarlaması vә bu zaman hәm dә insandan gizli qalması kimi başa düşülәn “varlıq tarixi” H. fәlsәfәsinin mәrkәzi probleminә çevrilir (“Beiträge zur Philosophie”, 1936–38). H. bütün Avropa hәyatının, o cümlәdәn mövcudatı insana tabe edәn, “varlığa mәhәl qoymadan” mövcudolanı istifadә edәn yeni Avropa elmi vә texnikasının әsasına çevrilmiş metafizik tәfәkkür tәrzinin vә bütövlükdә dünya qavrayışının meydana gәlmәsini Avropa insanlığı üçün taleyüklü “hadisә” hesab edir. H.-ә görә, metafizikanın köklәri varlığın rasionalist şәrhi sayәsindә onun mövcudolanla eynilәşdiril mәsinin (H. bunu “varlığın unudulması” hesab edir), hәmçinin tәfәkkürün әbәdi ideyaların seyr edilmәsi kimi anlaşılmasının әsasını qoymuş Platona, hәtta Parmenidә gedib çıxır. Varlığın hәqiqәti sokrataqәdәrki filosofların anladığı tәrzdә onun “gizli olmaması” (“aleteya”) kimi deyil, mülahizәnin “düzgünlüyü”, onun obyekt qismindә tәqdim olunan mövcudolana uyğunluğu kimi anlaşılırdı. Bu әnәnәnin әksinә olaraq, H. hәqiqi tәfәkkürün sәciyyәsi üçün “qulaq asmaq” anlayışını tәtbiq edirdi: varlığı seyr etmәk olmaz, onu yalnız dinlәmәk lazımdır. Metafizik tәfәkkürün dәf edilmәsi Avropa mәdәniyyәtinin ilkin, lakin hәlә reallaşdırılmamış imkanlarına – “varlıq hәqiqәtindә yaşayan” “sokrataqәdәrki” Yunanıstana qayıdışı tәlәb edir. H.-ә görә, belә qayıdış ona görә mümkündür ki, varlıq mәdәniyyәtin әn mәhrәm guşәsi olan dildә hәlә dә yaşayır: “Dil – varlığın evidir”. İlk növbәdә şairlәrin әsәrlәrindә әsl “danışıq” keyfiyyәtindә mövcud olan dilin nә “dediyinә” “qulaq asmaq” zәruridir (F.Hölderlin, R.M.Rilke, G.Trakl, S.George vә b.-nın yaradıcılığına H.-in marağı burdan irәli gәlirdi). Çünki insanlar dillә danışmırlar, әksinә, dil insanlar vasitәsilә danışır, insanı varlığın “işığına” tutur. Müasir texnologiyanın insanı mövcudat tәrәfindәn sonsuz şәkildә udulma prosesinә çәkmәsinә qarşı H. dünyaya alternativ münasibәt qoyur; bu münasibәt insanın ondan asılı olmayan vә әsl incәsәnәt әsәrlәrindә üzә çıxan “varlıq hәqiqәti”nin qoruyucusu (“çobanı”) olmaq vәzifәsinә cavab verir. H.-in әsәrlәri 20 әsr fәlsәfәsinә, ilk növbәdә fenomenologiyaya (M.Merlo-Ponti, P.Riker), fәlsәfi hermenevtikaya, fransız ekzistensializminә (J.P.Sartr, E.Levinas), hәmçinin yapon fәlsәfәsinә böyük tәsir göstәrdi. H.G.Qadamer, H.Arendt, H.Markuze H.-in şagirdlәri olmuşlar. K.O.Apel, H. Yonas, J.Derrida, M.Fuko, R.Rorti vә b. H.-in ideyalarından bәhrәlәnmişlәr. H. eyni zamanda protestant (R.Bultman) vә katolik teologiyasına (K.Raner, B.Velte), psixiatriya vә psixoanalizә (L.Binsvanger, M.Boss, J.Lakan), әdәbiyyatşünaslığa (E.Ştayger) әhәmiyyәtli tәsir göstәrmişdir.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU