HÁYDEN (Heiden) Erik Artur (d.14.6.1958, Viskonsin ştatı, Madison) – ABŞ idmançısı (konkilәrdә sürәtli qaçış üzrә). Dәfәlәrlә dünya vә Olimpiya Oyunlarının çempionudur. 17 yaşında İnsbrukda Qış Olimpiya O y u n l a r ı n d a (1976) debüt etmiş, 4 ildәn sonra Leyk-Plesid Ağ Olimpiadasında (1980) tarixdә ilk dәfә bütün 5 mәsafә (500 m, 1000 m, 1500 m, 5000 m, 10000 m) üzrә qalib olmuş vә 5 qızıl medala layiq görülmüşdür. Dünya çempionatlarında 3 dәfә klassik çoxnövçülükdә (1977–79) vә 4 dәfә sprinter çoxnövçülüyündә (1977 –80) qәlәbә qazanmışdır. Müxtәlif mәsafәlәrә vә çoxnövçülüyün cәmindә dәfәlәrlә dünya rekordçusudur (1978–80). Ağ Olimpiadadan (1980) sonra peşәkar velosipedçi olmuş; ABŞ çempionatında qәlәbә qazanmış (1985), “Ciro d′ İtaliya” (1985) vә “Tur de Frans” (1986) veloyürüşlәrindә iştirak etmişdir. Tibb tәhsili almışdır; ABŞ-ın Olimpiya yığma komandasında çalışmışdır (2002, Solt-Leyk-Siti). Bacısı Elizabet Li (d.27.9.1959, Madison) – ABŞ idmançısı (konkilәrdә sürәtli qaçış üzrә). Klassik çoxnövçülük üzrә dünya çempionudur (1979). Çoxnövçülükdә Qış Olimpiya Oyunlarının (1980, 3000 m) bürünc, dünya çempionatının gümüş (1980) mükafatçısıdır. Sprinter çoxnövçülüyündә dünya çempionatlarının gümüş (1978, 1979) vә bürünc (1980) mükafatçısıdır.











