Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAYDN Frans Yozef 
    HAYDN Frans Yozef (31.3.1732, Aşağı Avstriyanın Rorau k. – 31.5.1809, Vyana) – Avstriya bәstәkarı. Vyana klassik mәktәbinin nümayәndәsi (V.A.Motsart vә L.van Bethovenlә yanaşı). İlk musiqi tәhsilini Haynburqda mәktәb müәllimi vә regent İ.M.Frankdan almışdır. 1740–49 illәrdә Vyanadakı Müq. Stefan baş kilsәsinin kapellasında oxumuş, burada hәmçinin klavir, violin vә orqanda çalmağı öyrәnmişdir. H. kapelladakı işindәn kәnarlaşdırıldıqdan sonra ara-sıra qazanc (notköçürmә, özәl dәrslәr, orqançalan, violinçalan, müğәnni qismindә çıxışlar) hesabına yaşamışdır; 1753–56 illәrdә müğәnni N.Porporanın yanında akkompaniator işlәyә-işlәyә bәstәkarlıq texnikasını da mәnimsәmişdir. İ.Y.Fuks, İ.Mattezon vә K.F.E.Baxın nәzәri әsәrlәrini öyrәnmәklә sistematik musiqi tәhsilinin olmaması yerini doldurmuşdur. H. 1750-ci illәrdәn mәşhurlaşmağa başlamış, bu dövrdә aktyor Y.F.Kurtsun (Bernardon) sifarişi vә librettosu әsasında “Axsaq şeytan” (A.R.Lesajın eyniadlı pyesi üzrә, tamaşası 1752 ildә Vyanada olmuşdur; saxlanılmamışdır) zinq şpilini hazırlamışdır. 1759–61 illәrdә Lukavitse (Plzen ş. yaxınlığında) malikanәsindә qraf Moritsin (ilk simfoniyalarını bu kapella üçün yaratmışdır), 1761–90 illәrdә macar knyazları Esterhazilәrin (Eyzenştadtda vitse-kapel meyster, 1766 ildәn birinci kapelmeyster) saray kapelmeysteri olmuşdur. H. kiçik divertismentlәrdәn vә simli triolardan başlamış irihәcmli kvartet vә simfoniyalaradәk uzun vә mürәkkәb yaradıcılıq yolu keçmişdir [kvartetlәr (33-cü başlayaraq), 6 “Paris” (1785–86) vә 12 “London” (1791–95) simfoniyaları, son kvartetlәri; fp. sonataları]. “Dünyanın yaranması” (mәtn C.Miltonun “İtirilmiş cәnnәt” poeması üzrә Q. van Svitenindir, 1798) vә “İlin fәsillәri” (mәtn C.Tomsonun poeması әsasında van Sviten tәrәfindәn yazılmışdır, 1801) oratoriyalarında H. janrın G.F.Hendeldәn gәlәn lirikepik traktovkasını inkişaf etdirmişdir. Bәstәkarın sonuncu 6 messası (1796–1802) yaradıcılığının әn yüksәk nailiyyәtlәrindәndir. H. polifonik priyomlarla yanaşı simfonik işlәmәlәrdәn dә geniş istifadә etmiş, hәr messa üçün fәrdi hәll yolunu tapmışdır. Mәs., müharibәnin әks-sәdası “Benedictus” d-moll vә “Aqnus Dei” C-dur messalarında öz әksini tapmışdır. H. musiqisinin geniş folklor mәnbәyi, onun avstriyalıların, slavyanların, macarların, italyanların xalq yaradıcılığı ilә әlaqәsi Avstriya musiqi mәdәniyyәtinin çoxmillәtli tәbiәti ilә uyğunluq tәşkil edirdi. H.-ın böyük yaradıcılıq irsi 18 әsrdә Avropada mövcud olan bütün musiqi janrlarını әhatә edir: zinqşpillәr daxil olmaqla 24 opera; 4 oratoriya, 14 messa, çoxsaylı dini әsәrlәr, 2 offertori; solo kantatalar vә sәs ilә ork. üçün ariyalar; ork. üçün 100-dәn çox simfoniya, uvertüralar, rәqslәr; ork.-lә alәtlәr üçün qarışıq solist heyәti üçün simfoniya-konsert, klavir üçün 11, violin üçün 4, violonçel üçün 4, valtorna üçün 3 konsert vә s.; 100-ә yaxın simli kvartet, fp., violin vә violonçel üçün 40-dan çox trio vә s.; fp. üçün 52 sonata, 12 pyes, 90-dan artıq rәqs; fp. ilә sәs vә ya sәslәr üçün 13 ansambl, 47 mahnı, 55 kanon vә rondo; 400-ә yaxın xalq mahnı işlәmәlәri vә s. H. Oksford Un-tinin fәxri doktoru (1791), İsveç Kral Musiqi Akademiyasının üzvü (1798), Vyana ş.-nin fәxri vә tәndaşı (1804), Laybax ş.-nin (indiki Lüblyana, 1804) Musiqi Cәmiyyәtinin, S.- Peterburqdakı Filarmonik Cәmiyyәtin fәxri üzvü (1808) olmuşdur.
    Əd.: N o v a k L. Y. Haydn. M., 1973.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU