HÁYFA – İsrailin şm.-ında әn iri şәhәr, eyniadlı inz. rayonun inz. m. Aralıq dәnizi sahilindәdir. Əh. 285,3 min (2020). D.y. vә avtomobil yolları qovşağı. Dәniz portu (1933). U. Mixaeli ad. beynәlxalq aeroport (1934). “Karmelit” (1959) yeraltı funikulyoru. “Metronit” sürәt avtobusu (2013). İndiki şәhәrin әrazisindә ilk mәskәn Tәll-Əbu-Huam e.ә. 14 әsrdә meydana gәlmişdir. H. haqqında ilk yazılı mәlumat eramızın 3 әsrinin әvvәllәrinә aiddir. Efa adı ilә Roma imperiyasının İudeya әyalәtinә (sonralar Fәlәstin) daxil idi. Adı dәyişәn şәhәr ardıcıl surәtdә Bizans, Dәmәşq, Misir vә Bağdad hakimlәri tәrәfindәn idarә olunmuşdur. H. 1100 ildә sәlibçilәr, 1265 ildә mәmlüklәr tәrәfindәn tutulmuşdur. Mәmlüklәrdәn sonra şәhәr tәnәzzül etmişdir. 1510-cu illәrdәn Osmanlı imperiyasının hakimiyyәti altında olan H. tәdricәn dirçәlmәyә başlamışdır.

Hayfa şәhәrindәn görünüş.
1880-ci illәrin sonlarından iri dәniz portu idi. Birinci dünya müharibәsi gedişindә Britaniya qoşunları tәrәfindәn tutulmuşdur (1918, sentyabr). 1920–47 illәrdә Britaniyanın mandatlı әrazisi olan Fәlәstinin tәrkibindә idi. Şәhәr әrәb-İsrail münaqişәsi zamanı dağıntılara mәruz qalmışdır. 1948 ildәn İsrailin tәrkibindәdir. Aşağı şәhәrdә türk qalasının xarabalıqları; Əl-Kәbir (18 әsrin sonları, 20 әsrin әvvәllәrindә yenidәn tikilmişdir) vә İstiqlal (1926) mәscidlәri; rus pravoslav kilsәsi (1909–13) qalmışdır. Karmel dağının yamacında İlyas peygәmbәrin mağarası, karmelitlәrin kişi (“Dәniz ulduzu”, әsası 1631 ildә qoyulmuşdur; kilsә, 1827–36) vә qadın (1892; neoqotika üslubunda tikililәr, 1934–36) monastırları, Ümumdünya bәhailik mәrkәzi (Babın mәqbәrәsi, 1949–53; Bәhai bağları – 19 terraslı dekorativ park, 1987–2001; Ümumdünya irsi siyahısına daxil edilmişdir) vardır. 19 әsrin sonu – 20 әsrdә templerlәrin alman koloniyası rayonu (әsası 1868 ildә qoyulmuşdur) salınmış, “Madatek” Milli elm, texnologiya vә kosmos muzeyinin binası (1912, memar A.Bervald), hospital (1938, memar E.Mendelzon), Tlalim dağının zirvәsindә Hayfa un-tinin kampusu (1965 ildәn, memarlar Y.Ratner, M.Vaynraub, A.Mansfeld vә b.; “Eşkol” qüllәsi, 1973–78) tikilmişdir. “Yelkәn” göydәlәni 2002 ildә inşa edilmişdir. Sionizm bulvarında “Heykәllәr bağı” yerlәşir. H. İsrailin iri elm, tәhsil vә mәdәniyyәt mәrkәzidir. Hayfa iqtisadiyyat korporasiyasının (1972) rәhbәrliyi altında MATAM elmi sәnaye mәrkәzi, Yüksәk texnologiyaların inkişafı üçün akselerator mәrkәz (“Mega Technological Incubator”), Hәyat elmlәrinә dair Hayfa parkı vә s., İsraildә әn iri kimya sәnayesi tәdqiqatları mәrkәzi olan IMI TAMI şirkәti (1952; 1964 ildәn indiki adı ilә) fәaliyyәt göstәrir. Ali tәhsil müәssisәlәri (hamısı mühüm elmi tәdqiqat mәrkәzlәridir) arasında: “Texnion – İsrail texnologiya in-tu” (1912, 1924 ildә açılmışdır; ölkәnin әn qәdim ali tәhsil müәssisәsi; biotexnologiya, nanotexnologiyalar, kompüter texnikası vә energetika sahәsindә dünyanın aparıcı tәdqiqat mәrkәzlәrindәn biri), Hayfa un-ti (1963; 1972 ildәn müstәqil ali tәhsil müәssisәsi), N. Blumfeld ad. “Vitso” dizayn vә tәhsil akademiyası. Ş.Pevzner ad. Mәrkәzi kitabxana (1934), 18 şәhәr kitabxanası. Milli muzeylәr: dәniz (1953; İsrailin әn iri 3 muzeyindәn biri), “Madatek” elm, texnologiya vә kosmos; İsrailin dәmiryol (hәr ikisi 1983); Hayfa incәsәnәt (müasir incәsәnәt muzeyi; 1951), çörәk (1955), “Tikotin” yapon incәsәnәti (1960; Yaxın Şәrqdә yeganә), M. Kats ad. rәssamlıq (1977) vә Hayfa (2000) muzeylәri, İsrail rәssamı vә litoqrafı G. Ştrukun ev-muzeyi (2013). Şәhәr teatrı (dram; 1961; İsraildә ilk bәlәdiyyә teatrı), “Beytha-Gefen” әrәb-yәhudi mәdәniyyәt mәrkәzi (1963). Hayfa simfonik orkestri (1950) “Auditorium” konsert zalında (1974; 2000 ildә yenidәn qurulmuşdur) çıxış edir.

Bәhai bagları.
“Beyt Heht” tәdris vә mәdәniyyәt mәrkәzi (1893 ilin binasında), L.A.Qoldşmit ad. tәdris zooparkı (1949; әrazisindә botanika bağı, tematik kitabxana; M.Ştekelis ad. tarixә qәdәrki dövr muzeyi (1962) fәaliyyәt göstәrir. “Makkabi” H. (1913) vә “Hapoel” (1924) futbol klubları oyunlarını “Sammi Ofer” (2014; tәqr. 30,9 min yer; “Sports City” yeni idman kompleksinin mәrkәzi) stadionunda keçirir. T. d′ Alesandro ad. “Kiryat-Haim” futbol stadionu (1930-cu illәr; 1 min yer) vә “Makkabi” H. (1953) basketbol klubunun çıxış etdiyi “Romema” idman arenası (1976, yenidәnqurma 2012; 5 min yer) var. Şәhәr iqtisadiyyatının әsasını xidmәt sferası (işlәyәnlәrin tәqr. 86,2%-i, 2011) tәşkil edir; aparıcı sektorları: inzibati, maliyyә, nәql.-logistika xidmәtlәri, ticarәt, elmi tәdqiqat fәaliyyәti, tәhsil, sәhiyyә, turizm biznesi vә hәrbi obyektlәrә xidmәt. Burada H.-nın Ticarәt-Sәnaye Palatası (1921) vә “Rafael Advanced Defense Systems” (hava hücumundan, yerüstü vә dәniz müdafiә vә s. üçün yüksәktexnologiyalı sistemlәrin işlәnib hazırlanması vә istehsalı; şirkәtin texnologiyalarının tibbә vә iqtisadiyyatın digәr sahәlәrinә tәtbiqini hәyata keçirәn “Rafael Development Corporation” bölmәsi ilә birgә) şirkәtinin mәnzil-qәrargahı yerlәşir. H. dәniz portunun (ölkәnin әn böyük portu) yük dövriyyәsi 1,24 mln. İFE konteyner dә daxil olmaqla 16 mln. t-dur (2011); kruizә çıxanlarla birgә 200 min sәrnişin. Şәhәrdә fәaliyyәt göstәrәn әn iri müәssisәlәr: “Rambam” (1938 ildәn; indiki adı 1952 ildәn), “Bney Sion” (1922) tibb mәrkәzlәri vә s. Mühüm turizm mәrkәzidir. Ölkәnin әn iri sәnaye mәrkәzidir. Əsas sәnaye sahәlәri: neft emalı, kimya, maşınqayırma vә metal emalı. Ölkәnin әn iri neft emalı vә neft-kimya kompleksi (gücü ildә 9,8 mln. t xam neft; “Bazan Group” şirkәtinin bölmәsidir) burada fәaliyyәt göstәrir. “Haifa Group” şirkәti mineral gübrә (xammal kimi Negev sәhrasından hasil olunan fosforitdә istifadә olunur) vә sәnaye kimyәvi preparatlar (o cümlәdәn yeyintidә işlәdilәn), “Starplast”, “Cohav-Hagalil” vә “Yavinplast” şirkәtlәri plastik kütlәdәn mәmulatlar, “KZB Technical Rubber Products” şirkәti mәişәt vә idman rezin-texniki mәmulatların istehsal edir. Maşınqayırma vә metal emalı “Israel Shipyards” şirkәtinin gәmiqayırma vә gәmi tәmiri tәrsanәsi, “Ben-Oz” (qazma avadanlığı istehsalı) vә “Alum-Haifa” (alüminium mәmulatlar) şirkәtlәrinin z-dları ilә tәmsil olunur.










