HAYFÓN (Hai Phong) – Vyetnamda şәhәr. Əh. 2 mln. (2019). Ətrafı ilә birlikdә mәrkәzә tabeli xüsusi inz. vahid tәşkil edir. Nәql. qovşağı. Honqha çayı deltasında iri dәniz portu. Mühüm ticarәt-sәnaye mәrkәzidir. Sement, toxuculuq, yeyinti sәnayesi; gәmi tәmiri, gәmiqayırma tәrsanәlәri, avtomobil tәmiri emalatxanaları vә s. var. Ənәnәvi sәnәtkarlıq inkişaf etmişdir. Balıqovlama mәrkәzidir. Vyetnam dәnizçilik (1956), Hayfon (1968; 2004 ildәn indiki adı ilә), tibb (1979) un-tlәri, Hayfon (1900), hәrbi (1969), hәrbidәniz qüvvәlәri (1975) mu zeylәri, teatrlar; gül bazarı (1941) fәaliyyәt göstәrir. H. portu bir neçә әsr әrzindә mövcud olsa da, şәhәrin salınmasının dәqiq tarixi mәlum deyil. Vyetnamın Fransa tәrәfindәn müstәmlәkәlәşdirilmәsindәn sonra “Tonkin Venesiyası” adı ilә fransızların mühüm hәrbi dәniz bazalarından biri olmuşdur. İkinci dünya müharibәsi zamanı Yaponiya tәrәfindәn işğal edilmişdir. 1954 ilin oktyabrında ABŞ HDQ-si gәmilәri ilә Şimali Vyetnamdan 293 min qaçqının Cәnubi Vyetnamın paytaxtı Sayqona tәxliyyәsini hәyata keçirәn “Azadlığa yol” әmәliyyatının әsas başlanğıc nöqtәsi olmuşdur. Şimali Vyetnamın yeganә iri portu olan H. 1972 ildә Amerika aviasiyasının bombardmanı nәticәsindә ciddi dağıntılara mәruz qalmışdır.










